Məhkum hüquqşünas Əliabbas Rüstəmov aclıq aksiyasını dayandırıb

Hüquqşünas məhkəmə prosesinin hədsiz uzaq vaxta təxirə
salınmasını özünə qarşı ədalətsizliyin növbəti addımı sayıb və girov
saxlanıldığını bəyan edib.

Source: Foto: arxiv


Şahvələd Çobanoğlu: ''Ona dəstək verənlərə təşəkkürünü çatdırdı''

Hazırda məhkumluq həyatı yaşayan hüquqşünas

Əliabbas Rüstəmov

11 gün davam edən aclıq aksiyasını dayandırıb.

Bu barədə Əliabbas Rüstəmov jurnalist Şahvələd Çobanoğluna telefonla söhbətində bildirib.

Hüquqşünas məhkəmə prosesinin hədsiz uzaq vaxta təxirə salınmasını özünə qarşı ədalətsizliyin növbəti addımı sayıb və girov saxlanıldığını bəyan edib.

“Xahişləri nəzərə alıb aclıq aksiyasını dayandırdı. Haqsızlığa qarşı həmişə mübariz olacağını bildirdi və ona dəstək verənlərə təşəkkürünü çatdırdı”, – deyə Şahvələd Çobanoğlu “Facebook” səhifəsində yazıb.

Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsində iyulun 25-dən aclığa başlamışdı.

Həbs olunanadək Vəkillər Kollegiyasının üzvü olan Ə.Rüstəmov ona qarşı açılan cinayət işinin saxtalığını sübut edən sənədlərin olduğunu deyir. Bu ilin mart ayında onun cəzasının 2/3-dən çox hissəsinin keçməsi ilə əlaqədar olaraq azad edilməsi ilə bağlı şikayəti təmin edilməyib.

Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

İttiham aktına görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb. Vəkil bütünbunların qurama olduğunu bildirir və ittihamları rədd edir.

Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbushesab edirlər.

Ana səhifəXəbərlərMəhkum hüquqşünas Əliabbas Rüstəmov aclıq aksiyasını dayandırıb