Məhkəmə Rəsul Cəfərovun istintaqdan qaçıb gizlənəcəyini əsas gətirib

Hüquq müdafiəçisi isə bu arqumentin heç bir əsası olmadığını və fəaliyyətinə görə həbsə alındığını bəyan edib

Source:


Hüquq müdafiəçisi isə bu arqumentin heç bir əsası olmadığını və fəaliyyətinə görə həbsə alındığını bəyan edib

Avqustun 20-də Nəsimi rayon məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərov barədə həbs qət-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxıb.

Meydan TV-yə açıqlama verən vəkil Fariz Namazlının sözlərinə görə, qarşı tərəfin əsas arqumentləri bundan ibarət olub ki, Rəsul Cəfərov istintaqdan qaçıb gizlənə və ya sübutları saxtalaşdıra bilər.

Prosesdə çıxış edən R. Cəfərov  ittiham tərəfinin  arqumentlərinin heç bir əsası olmadığını və hüquq müdafiə fəaliyyətinə görə həbsə alındığını bəyan edib.

Vəkil Fariz Namazlı qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Nəsimi rayon məhkəməsinin qərarı ilə R.Cəfərov barəsində  3 aylıq həbs qəti imkan tədbiri seçilib. Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsi hüquq müdafiəçisinə cinayət məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.R. Cəfərov özünü günahkar hesab etmir.Amnesty İnternational Rəsul Cəfərovu vicdan məhbusu elan edib.

Ana səhifəXəbərlərMəhkəmə Rəsul Cəfərovun istintaqdan qaçıb gizlənəcəyini əsas gətirib