Məhbus ailələrinə yardım edən inanclı fəal həbs olunub

Fəalın “Facebook” hesabı da qapadılıb

Source:
Tural Allahverdiyev
Tural Allahverdiyev

Fəalın “Facebook” hesabı da qapadılıb

“Facebook” sosial şəbəkəsində “Tural Divanə” adıyla tanınan inanclı fəal Tural Allahverdiyev həbs olunub.

Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, o, fevralın 13-də yaşadığı evin qarşısında mülki geyimlilər tərəfindən zorla maşına mindirilərək, naməlum istiqamətə aparılıb. Ailə üzvləri xeyli vaxt onun niyə və harada saxlanması barədə xəbər ala bilməyiblər. Fevralın 14-də isə onlara bildirilib ki, T.Allahverdiyevə Binəqədi Rayon Məhkəməsinin qərarıyla 20 sutka inzibati həbs cəzası verilib. O, polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirli bilinib.

Sosial şəbəkələrdə siyasi məhbus ailələrinə ianə toplanmasına çağırış edən, bu cür məhbusların övladlarına məktəb ləvazimatları və digər zəruri malların alınmasında iştirak edən T.Allahverdiyevin “facebook”dakı səhifəsi də qapadılıb. O, son vaxtlar “Facebook”dakı paylaşımlarında həm də Qobustan həbsxanasında Nardaran məhbusları – “Müsəlman Birliyi” hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadəyə, Abbas Hüseynova, Cabbar Cabbarova işgəncə verilməsinə etirazını bildirirdi.

Ana səhifəXəbərlərMəhbus ailələrinə yardım edən inanclı fəal həbs olunub