Məcburi köçkün: “Nazirlər Kabinetinin qərarı ilə biz evsiz qalacağıq”

Məcburi köçkün: “Nazirlər Kabinetinin qərarı ilə biz evsiz qalacağıq”

Köhnəlmiş kanalizasiya borularından divar boyunca axan çirkli su, uçuq-sökük binanın dağılmış eyvanları və söküntünün qalıqları ilə dolu həyətyanı sahədə toplaşan sakinlər. Yasamal rayonu Şərifzadə küçəsində yerləşən bu yataqxanada 123 məcburi köçkün ailəsi yaşayır.

Qəzalı binadan vaxtaşırı yanğın xəbərləri də gəlir. Ən son 28 avqust tarixində baş verən yanğın hadisəsindən sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin əməkdaşları əraziyə gəlib. Komitənin rəsmi saytında verilən açıqlamada deyilir ki, burada yaşayan ailələr Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarına əsasən qoyulan tələblərə cavab vermir. Buna görə də onlar yeni mənzillə təmin edilməyəcəklər.

Yataqxana sakinləri yaşadıqları binanın həm də narkotik vasitə istifadəçilərinin gizli yerinə çevrildiyini deyir. Onlar dövlət qurumlarından “yox” cavabı alsalar da, hər baxımdan təhlükəli hesab etdikləri binadan köçürüləcəkləri günü gözləyirlər.

Ana səhifəVideoMəcburi köçkün: “Nazirlər Kabinetinin qərarı ilə biz evsiz qalacağıq”