Mənbə: Reuters

Mark Zuckerberq istifadəçilərdən üzr istədi

6 saatlıq kəsinti səhm qiymətlərinin 4.9 faiz düşməsinə səbəb olub

“Facebook” rəhbərliyi platformasında yaşanan kəsintiyə görə dünyadakı bütün istifadəçilərindən üzr istəyib.

Bu barədə “Facebook” rəhbərliyi açıqlama verib.

Açıqlamada bildirilir ki, kəsintiyə səbəb şirkətin mühəndis qrupu ilə məlumat mərkəzi arasındakı şəbəkə trafikini əlaqələndirən yönləndiricidəki konfiqurasiya dəyişikliyi olub.

Oktyabrın 4-də “Facebook”, “Messenger”, “Instagram” “Whatsapp” sosial şəbəkələrində 6 saatlıq kəsinti yaşanıb.

Şirkətin bütünlükdə 3,5 milyard istifadəçisinin sosial mediaya və mesajlaşma xidmətlərinə girməsi mümükün olmayıb.

Şirkətin baş direktoru Mark Zuckerberq də açıqlama verərək yaranmış duruma görə sosial şəbəkə istifadəçilərindən üzr istəyib.

“The Guardian”ın İngiltərədəki texnologiya redaktoru Alex Hern “Twitter”də yazıb ki, “Facebook” hər şeyi sırf “Facebook” üzərindən idarə edir: “Nəticədə problem yarananda onu həll etməyin sadə yolları da çalışmır”.

“Bloomberg”in məlumatına görə, 6 saatlıq kəsinti “Facebook” un səhm qiymətlərinin 4.9 faiz düşməsinə (hazırda 326 dollara təklif olunur) səbəb olub.

Sayt yazır ki, bu, şirkətin baş direktoru Mark Zuckerberqin şəxsi sərvətinin 6 milyard dollar enməsi deməkdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nuowh8

Ən çox baxılan