Malta-Azərbaycan – yenə də araşdırılması zamanı maltalı jurnalistin öldürüldüyü qaz müqaviləsi haqda

Qətlə yetirilmiş jurnalistin ailəsi – valideynləri, əri, üç oğlu və bacıları Malta, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında bağlanmış sazişin araşdırılmasına Avropolun da cəlb olunmasını tələb edirlər.

Source: Reuters

Məqalə

JAMnews

saytında dərc olunub.



İstintaq fəallaşıb, Defne Qalisiyanın ailəsi Malta, Azərbaycan və BƏƏ arasındakı əlaqələrin araşdırılmasında Avropolun iştirakını tələb edir. Bütün təfərrüatlar

Maltada iki il əvvəl, 2017-ci il sentyabrın 16-da maşınına bomba qoyularaq qətlə yetirilən jurnalist Dafne Qalisiyanın işi üzrə istintaq prosesi qəfil fəallaşıb.


Malta hökuməti və Azəbrycanın SOCAR dövlət neft-qaz şirkəti arasındakı milyarlıq saziş də araşdırmanın mərkəzindədir.

Araşdırmaçı jurnalistlər bu işdə korrupsiya tərkibinin olduğğunu ehtimal edirlər.

Qətlə yetirilmiş jurnalistin ailəsi – valideynləri, əri, üç oğlu və bacıları Malta, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında bağlanmış sazişin araşdırılmasına Avropolun da cəlb olunmasını



tələb edirlər



.

Defne Haruana Qalisiya bir neçə ölkədə müxtəlif banklar və maliyyə strukturları vasitəsilə böyük məbləğdə pulların yuyulması faktları üzrə araşdırma aparırdı.

“Çirkli pul” mənbələri sırasında ən başdan Azərbaycan, Moldova və Rusiyanın adı hallanırdı.

Defne Qalisiyanın qətli haqda iş üzrə istintaqda iki ildir ki, müəyyən durğunluq yaşanırdı, bu da beynəlxalq media tərəfindən yalnız Malta hökumətinə qarşı deyil, Avropa İttifaqının rəhbərliyinə qarşı da hücumlara səbəb olurdu.

Malta isə 1964-cü ildə Böyük Britaniyanın keçmiş müstəmləkəsi müstəqil dövlət olandan bəri ən böyük siyasi böhranın içinə düşdü.

2019-cu ilin noyabrında, nəhayət, bu iş üzrə saxlanılmalar və həbslər başladı.


Hakimiyyət nümayəndələri və maqnat jurnalistin qətlində ittiham olunur

Noyabrın 30-da Maltada qumar imperiyasının 38 yaşlı başçısı, maqnat Yorgen Gonekə qarşı qətldə iştirakla bağlı



ittiham



irəli sürüldü. O, adadan qaçmaq istərkən yaxalanıb.

Dindirilmə zamanı o, öz günahını inkar edib, amma bildirib ki, Malta baş nazirinin yaxın siyasi müttəfiqi Kit Şembrinin qətldə əli var.

Bundan dərhal sonra Şembri baş nazirin administrasiya rəhbəri postindan istefa verib, amma ona qarşı irəli sürülən ittihamları rədd edib.

Baş nazir Cozef Muskatın özü isə istintaq başa çatdıqdan sonra istefaya gedəcək.

2.png
Malta baş naziri Cozef Muskat 2019-cu il noyabrın 29-da keçirilən mətbuat konfransında Defne Qalisiyanın qətli ilə bağlı istintaq işi başa çatandan sonra istefaya gedəcəyini bildirdiyi an

Bu arada Defne Qalisiyanın ailəsi noyabrın 26-da Avropola



müraciət edərək



,

Malta, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında pul axınını

izləməyə çalışan istintaqa lazımı dəstək göstərilməsini xahiş edib.

Araşdırılması jurnalistin həyatı bahasına başa gələn bu sazişin mahiyyətinin nədən ibarət olduğu böyük ehtimalla yeni məhkəmə prosesinin mövzusu olacaq. Defne Qalisiyanın ölümündən sonra araşdırma onun həmkarları tərəfindən davam etdirilib –



«Defne Layihəsində»



18 beynəlxalq nəəşr birləşib. Onlar nə üzə çıxara bilib? “Defne Layihəsi” iştirakçısının Britaniyanın



The Guardian



qəzetində dərc olunan məqaləsinə əsasən.


Niyə qiymət iki dəfə bahadır? Malta və Azərbaycan arasındakı sazişin mahiyyəti

2013-cü ildə Malta hökuməti elektrik stansiyasının inşası və daha sonra maye qazla təmin olunması üzrə tender elan edib.


Tenderi Azərbaycanın SOCAR dövlət şirkətinə məxsus olan “Electrogas” şirkəti udub.

Daha sonra 2015-ci ildə “Electrogas”

həmin SOCAR-la

təbii qazın çatdırılması ilə bağlı milyard avrodan artıq məbləğdə müqavilə imzalayır.

2017-ci ildə qaz çatdırılması başlayır və məlum olur ki,

Malta qazı açıq bazarda olduğundan demək olar ki iki dəfə artıq qiymətə alır.


Sxem belə işləyir:


1. SOCAR “Shell”şirkətindən təxminən 113 milyon dollarlıq qaz alır.


2. SOCAR bütün bu qazı “Electrogas Malta” şirkətinə satır, amma təxminən 153 milyon dollara. 40 milyon dollarlıq gəliri özünə saxlayır.


3.“Electrogas Malta” həmin qazı Maltanın “Enemalta” şirkətinə eyni qiymətə satır. Daha sonra “Enemalta” “Electrogas” şirkətinin işştirakı ilə qazı elektrikə çevirir.

3.png
Satış sxemi

Malta qazı onunla təxminən eyni vaxtda müqavilə imzalayan, məsələn, Yunanıstan, İtaliya və Türkiyədən daha yüksək qiymətə alır.

Bəs Malta niyə bunu edir?


Araşdırmaçı jurnalistlərin sualları


Suallardan biri, ən labüdü məhz budur

– niyə Malta əvvəlcədən qat-qat yüksək qiymətə müqavilə imzalayıb?

Maltanın hökumət nümayəndələri bu sualın cavabında jurnalistlərə bildiriblər ki, 2015-ci ildə saziş imzalanan zaman qazın qiyməti yüksək idi, amma sonra kəskin ucuzlaşdı. Bununla belə SOCAR-la imzalanan müqavilədə sabit qiymət qeyd olunub.

Amma qaz üzrə digər təchizatçılarla analoji müqavilə imzalayan Yunanıstan və İtaliya artıq şərtlərin yenidən baxılmasına nail olublar. malta isə bu məsələni ümumiyyətlə qaldırmayıb.

Üstəlik, hökumətin bu cavabı qazın niyə SOCAR-ın iştirakı olmadan birbaşa “Shell”dən alınmadığını izah etmir.


Başqa sual da var:

Qaz maye halında nəql olunur. Azərbaycan isə böyük neft və qaz ehtiyatlarına sahib olsa da, maye qaz istehsal etmir. SOCAR şirkətinin maye qazın nəə istehsalında, nə də ticarətində təcrübəsi yoxdur. O zaman niyə Malta hökuməti məhz SOCAR-ı tərəfdaş olaraq seçib?


Və üçüncü sual:

Malta hökuməti niyəsə maye qazın təchizatı ilə bağlı açıq tender elan etməyib. Sonra isə niyəsə imzalanmış müqavilənin şərtləri ilə bağlı informasiya dərc etməyib. Və hələ də ictimaiyyətə bu müqavilə ilə bağlı tam məlumat təqdim etməkdən boyun qaçırır.

“Defne Layihəsinə” daxil olan nəşrlərin jurnalistləri araşdırmanı davam etdirmək niyyətindədirlər.

Ana səhifəDünyaMalta-Azərbaycan – yenə də araşdırılması zamanı maltalı jurnalistin öldürüldüyü qaz müqaviləsi haqda