Emmanuel Makron

Mənbə: arxiv

Başlıq: Emmanuel Makron

Makron: Tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar

Fransa prezidenti Nikol Paşinyanla görüşüb

Fransa Ermənistan və Azərbaycan arasında sülhün bərpasına və dialoqun inkişafına yardım edəcək. Bu barədə çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşündə bildirib.

“ATƏT-in Minsk Qrupunun həmsədri qismində Fransa Rusiya və ABŞ-la birlikdə gərginliyin aradan qaldırılmasına və dialoqun, o cümlədən tərəflər arasında birbaşa dialoqun bərpasına nail olmaq üçün əlindən gələni etmək niyyətindədir”, - deyə Fransa lideri bildirib.

“Ermənistan və Azərbaycan sərhədində bu yaxınlarda baş verən hadisələrlə əlaqədar sərhədin delimitasiyası yalnız danışıqlar yolu ilə və güc tətbiq etmədən həyata keçirilməlidir”, - Makron vurğulayıb.

Makron hesab edib ki, Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir.

“Tərəflər mayın 11-nə qədər tutduqları mövqelərə qayıtmalıdırlar”, - deyən Makron qeyd edib ki, atəşkəs rejiminə bütünlükdə Dağlıq Qarabağda riayət olunur, amma hələ çox iş görülməlidir:

“Fransa əhaliyə dəstəyini davam etdirməyə hazırdır. Mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm”. (“Turan” İA)

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dvp11l

Ən çox baxılan