Ruslan Dilanov

Mənbə: Foto: google.az

Başlıq: Ruslan Dilanov

Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...

2013-2015-ci illərdə 1 milyon 835 min manat vəsaitin bir hissəsi mənimsənilib

“Baklift-2” İxtisaslaşmış İstehsalat Birliyinin keçmiş rəhbəri, həbsdə olan Ruslan Dilanovun məhkəməsi başlayıb. O, liftlərin dəyişdirilməsi, təmiri məqsədilə ayrılan 1.8 milyon manat vəsaiti mənimsəməkdə, materialları satmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadı etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama əsasən, 2013-2015-ci illərdə 71 liftin yenidən quraşdırılması və təmiri üçün ayrılan 1 milyon 835 min manat vəsaitin bir hissəsi mənimsənilib. Həmçinin yeni liftlərin quraşdırılması, təmiri məqsədilə idarəyə verilən mal-materiallar satılıb. Lakin sənədlərdə onların təyinatı üzrə istifadə olunduğu göstərilib.

R.Dilanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bu üzdən məhkəmə zərərçəkmiş tərəfi, şahidləri dindirəndən sonra R.Dilanovun ifadəsini dinləmək barədə qərar qəbul edib.

Bu iş üzrə zərərçəkmiş qismində “Baklift” tanınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zr8tq2

Ən çox baxılan