Lerik Rayon İcra Hakimiyyəti: Vətəndaşların yaşayış evləri zərər çəkib

“Əsasən vətəndaşlara məxsus pay torpaq sahələrində baş verən sürüşmələrin mütəmadi olaraq mütəxəssislər tərəfindən monitorinqi həyata keçirilir”.

Source: Specify Source


"Torpaq sürüşmələri ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb"

Lerik Rayon İcra Hakimiyyəti rayonun Şivlə kəndində baş verən torpaq sürüşməsi ilə bağlı xəbərə münasibət

bildirib

.

İcra Hakimiyyətinin rəsmi açıqlamasında qeyd olunur ki, fasiləsiz yağış nəticəsində rayonun bir çox ərazilərində fəsadlar yaranıb: "Sentyabr 2021-ci ilin son on günlüyündən başlayaraq bu günə kimi fasiləsiz olaraq yağan yağış nəticəsində rayonun bir sıra ərazilərində ciddi problemlər yaranıb. Belə ki, yaşayış məntəqələrində torpaq sürüşmələrinin intensivliyi artmış, avtomobil yollarında maşınların hərəkətində çətinliklər yaranmış, vətəndaşların yaşayış evləri zərər çəkib. Rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində yaranan problemlərin aradan qaldırılması ilə bağlı müvafiq işlər həyata keçirilib, digər məsələlərin həll edilməsi üçün əlaqədar qurumlar qarşısında məsələ qaldırılıb".

Şivlə kənd sakinlərinin yol və körpü ilə bağlı şikayətinə gəlincə, İcra Hakimiyyəti bildirib ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib: "Şivlə kəndi Noda-Şingədulan-Xanagah avtomobil yolunun üzərində yerləşir. Asfalt örtüklü yolun 26-cı km-dən Şivlə kəndinə 4 km məsafə var. Yol çaydan keçir. Çayın üzərində körpü yoxdur. Körpünün tikintisi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib".

Bildirilir ki, kənddə baş verən torpaq sürüşmələri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dəfələrlə ərazidə olub, sürüşmə ocaqları nəzarətə götürülüb: "Əsasən vətəndaşlara məxsus pay torpaq sahələrində baş verən sürüşmələrin mütəmadi olaraq mütəxəssislər tərəfindən monitorinqi həyata keçirilir. Son günlər baş verən torpaq sürüşmələri ilə bağlı rayon icra hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb".

Oktyabrın 7-də Lerik rayonunun Şivlə kəndində torpaq sürüşməsi baş verib.

Bu barədə Meydan TV-yə kənd sakini Surət Əliyev məlumat verib.

O bildirib ki, sürüşmə nəticəsində fərdi təsərrüfatına ziyan dəyib.

Kənd sakini həmçinin bildirib ki, kəndin yaxınlığından keçən çayda daşqın olub, qonşu kəndlər və rayonla əlaqə kəsilib.

O, çayda indiyədək körpünün olmadığını və dəfələrlə bununla bağlı müraciət edildiyini deyib.

Ana səhifəBölgəLerik Rayon İcra Hakimiyyəti: Vətəndaşların yaşayış evləri zərər çəkib