Lalə Əmirli: Penitensiar Xidmət Faiqə tibbi yardım göstərmir

“Onun səhhətini nəzərə alaraq, hakimiyyət ən azı insanlıq naminə həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməlidir”

Source:


“Onun səhhətini nəzərə alaraq, hakimiyyət ən azı insanlıq naminə həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməlidir”

“Penitensiar Xidmət Faiq Əmirliyə tibbi yardım göstərməkdən imtina edir”.

Bunu “Turan”-a açıqlamasında hazırda həbsdə olan “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli bildirib.

“Faiq mədə xorasından əziyyət çəkir. O, pəhriz yeməkləri qəbul etməlidir. Ancaq təcridxana şəraitində bu, mümkün deyil və hakimiyyət onun müalicəsi üçün heç bir iş görmür”, – L.Əmirli qeyd edib.

Vəkil Aqil Layıcov “Turan”-a bildirib ki, xəstəliyi təsdiq edən bütün sənədlər Penitensiar Xidmətə təqdim olunub. Ancaq ona yardım göstərilməsi üçün real addımlar atılmır. Nəticədə Faiq Əmirli həbsdə 20 kq arıqlayıb:

“Onun səhhətini nəzərə alaraq, hakimiyyət ən azı insanlıq naminə həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməlidir. Lakin hakim bununla bağlı vəsatətimi təmin etməyib”.

Penitensiar Xidmətin mətbuat xidmətindən F.Əmirlinin vəziyyəti ilə bağlı məsələnin şərhindən imtina edərək Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət olunmasını tövsiyə ediblər. İdarənin rəis müavini İftixar Qurbanov “məsələni diqqətdə saxlayacağını” bildirib.

Faiq Əmirli Fətullah Gülənlə əlaqələr və dini ədavətin qızışdırılması ittihı ilə həbs olunub. Ailəsi, eləcə də Faiq Əmirlinin təmsil olunduğu AXCP onun siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirirlər.

Ana səhifəXəbərlərLalə Əmirli: Penitensiar Xidmət Faiqə tibbi yardım göstərmir