Kusturitsa koronavirusa qarşı Rusiyanın peyvəndini vurduracaq

Hazırda o, sivilizasiyadan uzaq, yoluxma təhlükəsinin olmadığı bir yerdə yaşadığını deyib.

Source: Lenta.ru


Sənətçi hazırda sivilizasiyadan uzaq yerdə yaşadığını deyib

Serbiyalı rejissor, musiqiçi Emir Kusturitsa Rusiyanın “Sputnik V” peyvəndinin koronavirusa qarşı effektiv olduğunu deyir.

Sənətçi “Россия 24” televiziyasına

bildirib ki

, özü də bu peyvəndi vurdurmağı düşünür.

“Məncə, Rusiya vaksini ən yaxşısıdır”, – rejissor bildirib. Əlavə edib ki, əgər ehtiyac yaranarsa, mütləq üstünlüyü “Sputnik V” peyvəndinə verəcək.

Hazırda o, sivilizasiyadan uzaq, yoluxma təhlükəsinin olmadığı bir yerdə yaşadığını deyib.

Emir Kusturitsa 2019-cu il noyabın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində“The No Smoking Orchestra” qrupu ilə birgə konsert verib.

Rusiyada kütləvi peyvəndolunma yanvarın 18-dən başlayıb.

Ana səhifəMədəniyyətKusturitsa koronavirusa qarşı Rusiyanın peyvəndini vurduracaq