Küçədə əl açan 85 yaşlı ahıl: “Mənə indi yemək lazımdır”

Küçədə əl açan 85 yaşlı ahıl: “Mənə indi yemək lazımdır”

“200 manat pensiya verir. 200 manata mən neyləyim? Nə verirlər 200 manata? Bazara gedirsən, elə 100 manat qoyub gəlirsən, sonra mən bir ay nə yeyim?! İşıq pulu ver, qaz pulu ver, su pulu ver… Hə, nə yeyim? Dünyanın meyvəsinə həsrətəm. Görürəm biri bir mandarin aparır, deyirəm, ay oğlum, ondan bir dənə ver mənə yeyim”

85 yaşlı Sonaxanım Gözəlova bu yaşda küçəyə çıxmağın qadağan olunduğun bilir. Amma küçəyə çıxıb, əl açıb insanlardan kömək istəməsə, ac qalacağını deyir.

“5-10 köpük verirlər mənə, gedirəm bir butulka şirin su alıram, bir dənə peçenya alıram. İndi deyirdim gedəndə bir dənə pryannik alım aparım. Bir-iki saat oturub gedirəm”.

Ana səhifəVideoKüçədə əl açan 85 yaşlı ahıl: “Mənə indi yemək lazımdır”