Kreml: BBC-ə Putinin karikaturasının istifadəsinə icazə verilməyib

“Proqramın müəllifləri bizə bu barədə müraciət etməyiblər”

Source: Meydan.TV

Kreml BBC-yə Rusiya prezidenti Vladimir Putinin 3D animasiyalı, yeni proqramda imicini istifadə etməyə icazə verməyib.

Bu barədə Tass Agentliyi xəbər verib.

"Proqramın müəllifləri bizə bu barədə müraciət etməyiblər", – Kremlin mətbuat katibi Dmitri Peskov mayın 23-də verdiyi açıqlamada belə deyib.

BBC Rusiya Prezidentdi Vladimir Putinlə "Bu Axşam" adlı yeni proqram hazırlayır. Proqramda Rusiya Prezidenti Putinin 3D rəqəmsal karikaturası istifadə ediləcəkdi. Bu texnologiya sayəsində Putin proqramda gəzəcək və masa arxasında oturaraq real qonaqları studiyanın auditoriyası qarşısında canlı olaraq müsahibə edəcəkdi.

Şou proqram hələ yayımlanmayıb. Amma 12 dəqiqəlik iki pilot proqram qeydə alınıb.

Şou proqramın ilk qısa buraxılışında Putin xarakteri Bukinqam sarayının ətrafında gəzir. Mavi cins və rok-roll da daxil olmaqla, "Qərbin qadağan etdiyi ləzzətlər" haqqında danışır.

Moskva ilə London arasındakı əlaqələr ötən il Britaniyanın Salisbury şəhərində keçmiş rus casusu Sergey Skripalın zəhərlənməsindən sonra pisləşib.

Ana səhifəDünyaKreml: BBC-ə Putinin karikaturasının istifadəsinə icazə verilməyib