Koronavirusun yeni növü: nə məlumdur?

Ötən həftə Böyük Britaniya hakimiyyəti xəbər verib ki, ölkədə COVİD-19-un genetik variantlarından birinə yoluxma halları qeyd olunub. Koronavirusun bu növü haqda nə məlumdur?

Source: fdsaf

Məqalə

novayagazeta.ee

saytında dərc olunub.

Ötən həftə Böyük Britaniya hakimiyyəti xəbər verib ki, ölkədə COVİD-19-un genetik variantlarından birinə yoluxma halları qeyd olunub. Koronavirusun bu növü haqda nə məlumdur?

COVİD-19-un yeni növü – VUI-201012/01 noyabrın ortasından Böyük Britaniyada aktiv yayılmağa başlayıb, lakin onun krallıqda hələ sentyabrda peyda olması ehtimalı var, – İngiltərənin İctimai Səhiyyə Xidmətinin bəyanatında deyilir. Londonda yeni yoluxma hallarının ən azı 60%-i virusun yeni növüdür. Ölkənin mutagen ştammın aydınlaşdırıldığı yerlərdə COVİD daha tez yayılıb.

Yeni növ haqda

ÜST-də qeyd ediblər ki, mutasiya daha çox yoluxdurucu olsa da, virus ölümcül deyil. Alimlər hesab edirlər ki, koronavirusun yeni növü daha ağır əlamətlər doğurmur. Bununla belə, yeni ştammın işlənib hazırlanmış peyvəndlərə başqa cür reaksiya verməsi barədə hələ ki elmi məlumatlar yoxdur.

COVİD-19-un yeni mutasiyasının yayılması səbəbindən 20-dən çox ölkə hava nəqliyyatını məhdudlaşdırıb, onların çoxu Böyük Britaniyadan reyslərin qəbulunu dayandırıb. Belə ki, mutagen ştamm ilk bu ölkədə aşkarlanıb.

ÜMT-nin məlumatına görə, daha sonra koronavirus mutasiyası həmçinin Danimarka, Hollandiya və Avstraliyada müəyyənləşdirilib. CAR və İtaliya həmçinin öz ölkələrində yeni növün aşkarlanması barədə xəbər verib.

Britaniya yeni virus növünün tədqiqinin gedişatı haqda daima Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırır. ÜST isə ictimaiyyətə vəziyyətin inkişafı barədə xəbər verəcək. Koronavirusun hansı ştammları mövcuddur?

Koronavirusun əsas ştammları yeddi ədəddir, onlar GR, G, GH, O, S, L və V hərfləri ilə qeyd olunur. Hər şey L ştammından başladı – ötən ilin dekabr ayında Çinin Uxan şəhərində məhz onu aşkarlayıblar.

Yerdə qalan növlər dünyada müxtəlif cür yayılıb: hər qitədə iki əsas variasiyadan artıq yayılmayıb. Onların yayılmasını virusun mutasiyasını izləyən Nextstrin-in interaktiv xəritəsində, – onu alimlər hazırlayıb, – müşahidə etmək olar.

Cons Hopkins Universitetinin məlumatlarına görə, COVİD-19 pandemiyası başlayandan dünyada 76.8 milyon adam xəstələnib, təqribən 1,7 milyon adam ölüb. Hazırda bütün ölkələrdə təxminən 34 milyon insan xəstələnib.

Ana səhifəDünyaKoronavirusun yeni növü: nə məlumdur?