Koronavirusa yoluxmuş Britaniya şahzadəsi sağaldığını deyir

Video müraciətində şahzadə bildirib ki, sağalsa da, hələ sosial məsafəni qoruyur və ümumi təcrid vəziyyətindədir.

Source: Foto: google.ru


Çarlz hazırkı durumu milləti üçün stresli zaman adlandırıb

Koronavirusa yoluxmuş Britaniya şahzadəsi Çarlzin sağaldığı deyilir. O, çərşənbə günü deyib ki, indi milləti üçün qəribə və sıxıntılı bir vaxtdır.

71 yaşlı Çarlz bazar ertəsi günü təcriddən çıxıb. O, yüngül simptomlardan əziyyət çəkirmiş. Ofisi şahzadənin səhhətinin yaxşı olduğunu deyib.

Video müraciətində şahzadə bildirib ki, sağalsa da, hələ sosial məsafəni qoruyur və ümumi təcrid vəziyyətindədir. Onun həyat yoldaşı Kamilla (Camilla) koronavirus testindən mənfi çıxsa da, özünü simptomların inkişaf etməsi ehtimalından təcriddə saxlayır.

“Hamımızın öyrəndiyimiz kimi, bu, ailənin və dostların varlığının mümkün olmadığı və həyatın normal quruluşunun qəflətən yox olduğu qəribə, üzücü və stresli təcrübədir”, – şahzadə deyib.

Çərşənbə axşamı günü Britaniyada koronavirusdan ölənlərin sayı 1789 nəfərə qalxıb. Qurbanlardan biri 13 yaşında olub. Ölkədə günlük artım statistikaya görə 27 faizdir.

“Bütün həyatımız üçün görünməmiş və narahat bir dövrdə həyat yoldaşım və mən xüsusilə çox çətin və anormal vəziyyətdə yaxınlarını itirənləri, xəstəlik, təcrid və təkliyə dözmək məcburiyyətində qalanları düşünürük”, – Çarlz deyib.

Şahzadə Milli Səhiyyə Xidmətində ön cəbhədə çalışan həkimləri tərifləyib və bütün ölkənin onları dəstəklədiyini deyib.

Ana səhifəDünyaKoronavirusa yoluxmuş Britaniya şahzadəsi sağaldığını deyir