Koronavirus Azərbaycanda və dünyada: yeni yoluxma statistikası

Son 24 saat ərzində infeksiyaya yoluxanların 47 faizindan çoxu Şimali və Cənubi Amerikada (348 951), daha sonra Avropada (288 030), ardından isə Cənub-Şərqi Asiyada (32 068) qeydə alınıb.

Source: Foto: Turan İA


Azərbaycanda son sutkada 532 yeni yoluxma, 24 ölüm hadisəsi qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb.

1879 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri də var. Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir.

virus.jpg
Azərbaycan


Gürcüstanda

Gürcüstanda son sutkada koronavirusa 537 yeni yoluxma halı təsdiqlənib. 494 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib.

Gürcüstanda indiyədək COVID-19-a 236 028 nəfərin yoluxduğu müəyyən edilib. Onların 224 189-u sağalıb, 2 728-i isə ölüb.

Hazırda karantin zonalarında 508, stasionar nəzarətdə 3 867 nəfər var. Xəstəliyi yüngül formada keçirən 762 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

7407810-0.jpeg
Gürcüstan


Ermənistanda

Ermənistanda isə son bir gündə 361 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 161 415 olub.

Ermənistanda pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 2 908-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 696-ya yüksəlib. İndiyədək 147 961 pasiyent infeksiyadan sağalıb. Hazırda Ermənistanda 9 850 aktiv koronavirus xəstəsi var.

TASS_39079744.jpg
Ermənistan


Rusiyada

Rusiyada son bir gündə daha 23 652 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 355 794 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 454 nəfər artaraq 60 911-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 731 129 nəfər sağalıb.

52875892_401.jpg
Rusiya


Avropada

Almaniyada ötən gün 31 849 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son sutkada Almaniyada 1 188 nəfər pandemiyanın qurbanı olub.

İspaniyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 2 024 904 nəfərə çatıb. Son 7 gündə 76 mindən çox yoluxma faktı qeydə alınıb.

İki həftə ərzində isə demək olar ki, 151 min nəfərin COVID-19 testi müsbət olub. Bu da epidemiyanın yayılmasında artım olduğunu göstərir.

Fransada yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan komendant saatı yanvar ayının 20-nə qədər uzadılıb.

Bunu Fransanın baş naziri Jan Kasteks bəyan edib.

Onun sözlərinə görə, 15 departamentdə yerli vaxtla axşam saat 20:00-dan səhər 06:00-a qədər küçəyə çıxmaq qadağandır.

Fransa hökumətinin başçısı bildirib ki, Fransadakı sanitar vəziyyət çətin olaraq qalır. Hər gün orta hesabla 15 mindən çox insanda koronavirus infeksiyası aşkarlanır.

Xəstəxanalarda 25 mindən çox COVID-19 diaqnozu ilə pasiyent var ki, onların da 2,6 mindən çoxu reanimasiyadadır.

Bundan başqa muzeylər, teatrlar, kinoteatrlar daxil olmaqla mədəniyyət müəssisələri yanvarın sonuna qədər bağlı qalacaq.

Dünyada COVID-19-a yoluxanların sayı 85,92 milyon nəfəri ötüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı məlumatda belə deyilir.

_115066392_6f59b7d0-e48e-40ca-9034-24ac3b661262.jpg
İspaniya

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 85 929 428 təşkil edir.

Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 876 100 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 735 944 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 13 968 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 47 faizindan çoxu Şimali və Cənubi Amerikada (348 951), daha sonra Avropada (288 030), ardından isə Cənub-Şərqi Asiyada (32 068) qeydə alınıb.


Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

15237150085842758602_1000x669.jpg
Dünya Səhiyyə Təşkilatı
Ana səhifəSosialKoronavirus Azərbaycanda və dünyada: yeni yoluxma statistikası