Koronavirus Azərbaycanda: bir gündə 182 yoluxma

145 nəfər sağalıb, 2 xəstə ölüb

Source: Meydan TV

Oktyabrın 7-də Azərbaycanda 182 adam COVİD-19 infeksiyasına yoluxub, 145 nəfər sağalıb, 2 xəstə ölüb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, Azərbaycanda indiyə qədər 41 min 113 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Onlardan 38 min 858 nəfər müalicə olunaraq sağalıb, 602 pasiyent ölüb.

Hazırda aktiv xəstə sayı 1653 nəfərdir.

Operativ qərargah ötən müddətdə 1 milyon 150 min 658 testin aparıldığını qeyd edib: “Bugünkü test sayı isə 5261-dir”.

Ana səhifəSosialKoronavirus Azərbaycanda: bir gündə 182 yoluxma