Koronavirus: Azərbaycanda 146 yeni yoluxma

“Hazırda aktiv xəstə sayı 1668 nəfərdir”.

Source: Meydan TV


"73 nəfər sağalıb"

İyulun 14-də Azərbaycanda 146 adam COVID-19 infeksiyasına yoluxub, 73 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, son sutkada COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 337 602 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu göstərib: "Onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4988 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1668 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046, ötən müddətdə isə 3 876 962 testin aparıldığı vurğulanıb.

Ana səhifəSağlıqKoronavirus: Azərbaycanda 146 yeni yoluxma