Kimlərin müavinəti artacaq?

Onun fikrincə, əgər sosial narazılıqlar kütləvi xarakter almazsa, böyük ehtimalla bu artım gələn ilin yanvarından deyil, ən yaxşı halda ikinci rübündən həyata keçiriləcək.

Source: Specify Source


“Artım 1 milyonadək işçini əhatə edəcək”

Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artacaq. Həmçinin minimum əməkhaqqı alanların da məvacibləri yüksələcək.

Prezidentin sərəncamı 1 milyonadək işçini əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı press-relizdə belə bildirilir.

Prezident İlham Əliyevin oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında”

sərəncam

imzalayıb. Həmin sərəncamda bildirilir ki, ölkədə insanlara ödənən sosial ödənişlər artsın.

Nazirlik əlavə edir ki, pensiya və sosial müavinət artımı 450 min şəxsin sosial ödənişinin artırılmasına imkan verəcək.

Bildirilir ki, təqaüd artımı istiqaməti həm də tələbələrin rifahına dəstək məqsədi daşıyır.

Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq: “Sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək. Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək”.

serencam1___________________________________1.jpg
Sosial ödənişlərin artımı kimlərə şamil olunacaq?

İqtisaçı Qubad İbadoğlu deyir ki, sərəncamdan sonra insanları düşünüdürən bir sıra məqamlar ortaya çıxıb.

Bu məqamlardan biri məbləğlərin nə qədər artacağı və bunun nə zaman baş verəcəyi ilə bağlıdır: “Onu da deyim ki, Nazirlər Kabinetinin Prezidentin tapşırığı ilə təkliflər hazırlaması və həmin təkliflərin oktyabrın ikinci yarısında 2022-ci ilin büdcə layihəsinə daxil edilməsi qanunaziddir. Qanun deyir ki, hökumət oktyabrın 15-dək növbəti ilin büdcə layihəsini parlamentə təqdim etməlidir”.

O bildirir ki, əhalinin sosial müdafiəsinin qorunması hökümətin əsas funskiyalarından biridir və buna rəğmən əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artımı qiymət artımına qədər həyata keçirilməli, gələn il üçün nəzərdə tutulan artım büdcəyə indiyədək daxil edilməli idi.

Oktyabrın 16-da Azərbaycanda

qaz



işığın

qiyməti yenidən qaldırılıb.

Qiymət bahalaşması ilə bağlı qərarı Tarif Şurası qəbul edib. Şura qiymət artımını müxtəlif məsələlərlə əsaslandırıb. Üstəlik, son bir ildə Azərbaycanda ərzaq məhsullarının qiymətlərində də kəskin artım olub.


Ekspertlər

in Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatlar əsasında gəldiyi nəticəyə görə, ərzaq məhsulları 50-80 faiz aralığında bahalaşıb.

159947_5f9n3c16st.jpg
Sabir Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı da ölkədə müxtəlif sahələrdə baş verən bahalaşmaya etiraz

edib

.

O, parlamentdəki çıxışı zamanı ölkədə qiymət siyasətinə kimin baxdığını sorğulayıb: “Ölkədə bahalaşma ildırım sürətilə gedir. Benzin qalxan kimi hər şey qalxır. Təklif edirəm ki, bu məsələ ilə bağlı ayrıca yığıncaq təşkil edək. Bilək ki, əhalinin real gəliri ilə qiymətlərin artması uyğundur, ya yox”.

Qubad İbadoğlu da bildirir ki, DSK-nın yaydığı məlumatların çoxu şişirdilib, yanlışdır: “Məsələn yaydığı elə məlumatlardan birində deyir ki, ötən ilin yanvar-sentyabr aylarına nisbətən inflyasiya 5,2 faiz olub. Eləcə də ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,6 faiz bahalaşıb”.

İqtisadçı düşünür ki, inflyasiya səviyyəsi məqsədli şəkildə aşağı göstərilir. Səbəb isə növbəti ildən pensiya istisna olmaqla əməkhaqları, sosial müavinətlər və təqaüdlərin cəmi 5-10 faiz artırılmasına hazırlıqdır.

Onun fikrincə, əgər sosial narazılıqlar kütləvi xarakter almazsa, böyük ehtimalla bu artım gələn ilin yanvarından deyil, ən yaxşı halda ikinci rübündən həyata keçiriləcək.

Pensiyalara gəlincə, iqtisadçı deyir ki, gələn ilin fevral ayında pensiyaların indeksləşdirilməsi orta illik artım tempinə uyğun aparılacaq: “DSK-nın məlumatına görə, 2021-ci ilin yanvar-iyul ayları 2020-ci ilin yanvar-iyul aylarına nisbətən orta aylıq nominal əməkhaqqı 1,8 faiz artıb. Bu rəqəm ilin sonunadək 2 dəfə yüksələcəyi halda (əksinə aşağı da düşə bilər) pensiyalar 2, 3 və ya 4 faiz indeksləşdirilməklə gələn ilin yanvar ayından arta bilər. Belə olanda da pensiyaların artımı cüzi məbləğlərlə ifadə olunacaq”.

Qubad İbadoğluna görə, bahalaşma bununla da bitməyəcək. O güman edir ki, "Azəristiliktəchizat" da noyabrın 15-dən istiliyin qiymətini artıracaq: “Eyni zamanda, ictimai nəqliyyatda da gediş haqqı bahalaşacaq”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Prezident oktyabrın 16-da imzaladığı

sərəncam

da Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması göstərişi verib.

Sərəncamda 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, artıq həmin təkliflərin hazırlanmasına başlanıb. Qısa müddət ərzində bütün təkliflər yekunlaşdırılacaq və Prezidentə təqdim ediləcək.

Azərbaycanda hazırda minimum əməkhaqqı 250 manatdır.

Ölkə üzrə yaşayış minimumu isə 196 manatdır. 2019-cu ilədək Azərbaycandakı 180 manat civarındakı minimum əmək haqqı yaşayış minimumunun altında olub.

Prezidentin 2019-ci il iyunun 18-də imzaladığı

sərəncam

la ölkə üzrə minimum əməkhaqqı 40 faiz artırılaraq 250 manata çatdırılıb.

Ana səhifəİqtisadiyyatKimlərin müavinəti artacaq?