Mənbə: google

Kenyada polis 15 mülki şəxsi öldürüb

Makori hadisələrin araşdırılması üçün araşdırma qrupunun yaradıldığını deyib

Kenyada təhlükəsizlik qüvvələri koronavirus səbəbindən tətbiq olunmuş karantin saatına əməl etməyən 15 mülki şəxsi öldürüb, - “Euronews” xəbər verir.

Yerli medianın verdiyi məlumata görə, Müstəqil Polis Nəzarəti Qurumunun (IPOA) rəhbəri Anne Makori açıqlamasında hadisəni təsdiqləyib.

Polisin ölkədə 31 mülki şəxsə işgəncə verdiyini bildirən Makori mart ayından etibarən polisə qarşı 81 şikayət qeydə alındığını bildirib.

Makori hadisələrin araşdırılması üçün araşdırma qrupunun yaradıldığını deyib.

Kenyaya COVİD-19-un yayılmasının qarşısını almaq üçün axşam saat 7-dən səhər saat 5-ə qədər komendant saatı mövcuddur.

Ölkədə indiyədək 2,093 yoluxma hadisəsinin qeydə alındığı və 71 adamın öldüyü bildirilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/55ivoh

Ən çox baxılan