Müdafiə Nazirliyi

Mənbə: Müdafiə Nazirliyi

Başlıq: Müdafiə Nazirliyi

2 Azərbaycan hərbçisinin yaralandığı, 3 Ermənistan hərbçisinin öldüyü bildirilir (YENİLƏNİB)

Məqalə yeniləndi:  28 İyul 2021

12.10. Ermənistan Müdafiə Nazirliyi həlak olan hərbçilərinin adlarını açıqlayıb. Bildirilib ki, atəşkəsin pozulması nəticəsində baş leytenant Hayk Gevorkyan, sıravi əsgərlər Koryun Arutyunyan və David Köçəryan öldürülüb"

***

Müdafiə Nazirliyi: Atəşkəsin elan olunması ilə bağlı Rusiyanın təşəbbüsü qəbul edilib

İyulun 28-də Kəlbəcər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycanın 2 hərbi qulluqçusunun yaralandığı deyilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, səhər saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub:

"Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçu - Sadiq Əliyev və İmran İmranlı yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur".

Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünün qəbul edildiyini vurğulayıb:

"Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir".

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərini erməni mövqelərinə hücum etməkdə suçlayıb:

"Saat 08.30-a olan məlumata görə, Ermənistan tərəfində 3 ölü, 2 yaralı var. Bakı indiyə qədər yalnız iki nəfərin yaralandığını bildirdi. Döyüşlər davam edir".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lfvnwl

Ən çox baxılan