Mənbə: Meydan TV

Keçmiş Baş nazir Davutoğlu partiya qurub

Davutoğlu partiyanın adının Gələcəyin Partiyası olduğunu açıqlayıb

Türkiyənin keçmiş Baş naziri Əhməd Davutoğlu yeni partiya təsis edib və Daxili İşlər Nazirliyinə təsdiq üçün müraciət edilib, - Türkiyə mediası xəbər verir.

Davutoğlu partiyanın adını Gələcəyin Partiyası (Gelecek Partisi) olaraq açıqlayıb.

Atılmış bu addım prezident Rəcəb Tayyib Ərdoğana və onun hakim AK Partiyaya meydan oxuma kimi dəyərləndirilir. Davutoğlu Ərdoğanın sərt tənqidçisi olaraq tanınır. Bu səbəbdən onun hakim partiyadan istefası istəndikdən sonra Davutoğlu özü partiyadan istefasını tələb etmişdi.

İstefadan sonra yeni partiya qurmaq səylərini sürətləndirən keçmiş Baş nazir Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib,- yerli media 13 dekabrda xəbər verir.

Partiyanın qurulmasında Davutoğlunun məsləkdaşları Ayhan Sefer Üstün, Selçuk Özdağ, Feramuz Üstün, İzzettin Küçük, Yeşim Karadağ ve Nedim Yamalı da iştirak edib.

Ayhan Sefer Üstün partiyanın qurulması ilə bağlı ictimaiyyəti məlumatlandıraraq türk millətinə uğurlar arzulayıb.

“Artıq institutlaşmışıq. Türkiyə siyasətinə yeni bir partiya qazandırdıq, yeni bir alternativ doğuldu. Bu gündən etibarən qurulma səylərimizi sürətlə davam etdirəcəyik”,- deyə Üstün bildirib. O qeyd edib ki, sabah partiyanın təqdimatı olacaq.

“Təsisçiləri, gerbləri, əsasnamələri və proqramı təqdim edəcəyik. Partiyamıza çox maraq var, adı, loqotipi və idarə heyəti, qurucuları barədə inşallah sabah birlikdə öyrənəcəyik”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/973vn8

Ən çox baxılan