Kaxa Kavsadze xəstəxanaya yerləşdirilib

Kaxi Kavsadze “Səhranın bəyaz günəşi” filmindəki Qara Abdulla rolu ilə məşhurdur.

Source: Specify Source


Aktyorda ikitərəfli pnevmoniyanın aşkarlandığı bildirilir

Sovet və gürcü aktyoru Kaxa Kavsadze Tiflisdəki Birinci Universitet Xəstəxanasına yerləşdirilib.

Bu barədə tibb müəssisəsinin direktoru Levan Ratiani məlumat verib.

Həkim bildirib ki, aktyorda ikitərəfli pnevmoniya aşkarlanıb, vəziyyəti sabit ağırdır.

Kaxa Kavsadze ötən ilin sonunda həmin xəstəxanada yeni növ koronavirusdan müalicə olunub.

Kaxi Kavsadze “Səhranın bəyaz günəşi” filmindəki Qara Abdulla rolu ilə məşhurdur.

“Səhranın bəyaz günəşi” 1968-ci ildə tarixi faktlar əsasında lentə alınıb.

Filmdə hadisələr 1920-ci ilin əvvəllərində Xəzər dənizinin şərq sahilində baş verir.

Ekran işi Azərbaycan Kinematoqrafçılar İttifaqı, “Mosfilm” və “Lenfilm” studiyalarının birgə istehsalıdır.

Valentin Yejov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vladimir Motıla tərəfindən ekranlaşdırılıb.

İlkin adı “Hərəmləri qoruyaq” olsa da, sonradan “Səhranın bəyaz günəşi” ilə əvəz edilib.

1970-ci ildə “Səhranın bəyaz günəşi” filminin prokatı reytinqdə lider olub.

Ana səhifəMədəniyyətKaxa Kavsadze xəstəxanaya yerləşdirilib