İsmayıl Babayev

Mənbə: Facebook

Başlıq: İsmayıl Babayev

Karantin rejimini pozan iş adamının oğlu inzibati həbs edilib

Məqalə yeniləndi:  6 İyul 2020

“Fairmont Baku” hotelinin 14 müştərisi inzibati məsuliyyətə cəlb olunub

Ölkədə sərt karantin rejiminin elan olnmasına baxmayaraq “Fairmont Baku” hotelinin müştəriləri qəbul etməsi sosial şəbəkələrdə etirazla qarşılanıb. İyulun 5-də hoteldən foto və video görüntülər “Facebook”da yayılıb. Bunun ardınca Daxili İşlər Nazirliyinin əməkdaşları hoteldə əməliyyat keçirib. DİN əməliyyat nəticəsində 14 nəfərin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

Əməliyyat zamanı jurnalistləri aşağılayaraq onları “işverən” adlandıran İsmayıl Babayev də saxlanılıb. 1992-ci ildə Cəlilabad rayonunda doğulan İsmayıl Babayev iş adamı Fətulla Babayevin oğludur.

İsmayıl Babayev bu hərəkətini video görüntülərlə sosial şəbəkədə yayıb.

İyulun 6-da Səbail Rayon Məhkəməsi İsmayıl Babayevin 20 sutka inzibati cəza alması ilə bağlı qərar verib

Məhkəmə qərarını paytaxt polisi report.az-a təsdiqləyib.

Sayt yazıb ki, bu, İsmayıl Babayevin ilk qalmaqallı hərəkəti deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelenwagen” markalı avtomobilini digər 3 avtomobilə çırpmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  6 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4l8j7e

Ən çox baxılan