Kabil hava limanında partlayış: azı 13 nəfər ölüb

Azı 15 nəfər hadisədə yaralanıb

Source: Meydan Tv


Azı 15 nəfər hadisədə yaralanıb

Əfqanıstanın paytaxtı Kabilin hava limanı yaxınlığında törədilən terror aktı törədilib. İlkin məlumatlara görə, hadisə nəticəsində azı 13 nəfər həyatını itirib. “Reuters“ agentliyinin məlumatına görə, azı 15 nəfər də yaralanlb.

ABŞ rəsmiləri deyir ki, naməlum şəxsin özünü partlatması ehtimalı böyükdür. Ətrafda olanlar da bu iddianı təsdiqləyib.

Partlayış nəticəsində Taliban əsgərlərinin də yaralandığı xəbər verilib. Türkiyə Müdafiə Nazirliyi Kabil aeroportunda bir yox, iki partlayışın baş verdiyini bildirib. Taliban bu məlumatı təsdiq edib.

3 ABŞ əsgərinin də partlayışda yaralandığı haqda məlumat var.

Dünən Pentaqon bölgədə terror aktının ola biləcəyi şübhəsilə vətəndaşlarını əraziyə yaxınlaşmamağa çağırmışdı.

Ana səhifəDünyaKabil hava limanında partlayış: azı 13 nəfər ölüb