Jurnalistlər Novruz Məmmədovun İspaniyada mülkünü aşkarlayıb

Evdə həmçinin televiziya aparıcısı Yuli Qusman, prodüser Timur Vaynşteyn, Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədov, ukraynalı biznezmen Yuri Aptekar və digər mötəbər adamların mənzilləri var.

Source: Новая газета

Məqalə

Novaya qаzetа

saytında dərc olunub

Rusiya Pravoslav kilsəsinin“xarici işlər naziri” şübhəli şöhrəti olan biznesmendən İspaniyada elit daşınmaz əmlakı hansı xidmətinə görə alıb?

“Bu gün çiçəklənən ölkələrdən biri olan İspaniyada yerlilərin kütləvi şəkildə daşınmaz əmlak satması və onların rusiyalılar tərəfindən alınması faktı bütün dünyaya yaxşı siqnaldır”.

Patriarx Kirill bu sözləri 2012-ci il fevralın 8-də Vladimir Putinə üçüncü dəfə prezident seçilməsi münasibəti ilə xeyir-dua verəndə deyib. O qış Moskvada və Peterburqda etiraz əhval-ruhiyyənin rekord səs-küyü ilə yadda qalmışdı, bu səbəbdən Rusiya Pravoslav kilsəsinin Putini dəstəkləməsi heç də artıq deyildi. İspaniyadakı passaj Kirillin tarixi kəlmələrinin hadisələri öncədən qabaqladığını sübuta yetirib: “Vladimir Vladimiroviç, şəxsən siz tariximizin əyriliklərinin düzəldilməsində böyük rol oynamısınız”.

Patriarx Kiril Putin haqqında düşündüklərini deyir

Görəsən, patriarx o zaman bilirdi ki, dörd ay əvvəl, 2011-ci il sentyabrın 30-da onun yaxın əməkdaşı və Daxili Kilsələr Əlaqələr Şöbəsinin sədri vəzifəsində xələfi mitropolit İlarion (Alfeyev) Putinin sayəsində İspaniyada daşınmaz əmlak sahibi olan xoşbəxt rusiyalıların siyahısına düşüb? Rusiya Pravoslav kilsəsinin patriarxı onu dəqiq bilməyib ki, tezliklə bu rusiyalılar “dünyaya çox yaxşı siqnal əvəzinə” fəlakət siqnalı göndərməyə başlayacaqlar.

İspaniyada daşınmaz əmlakla bağlı şübhəli “sxem”in qurbanları arasında mitropolit İlarion da ola bilər. Onun Alteya şəhərində (Alikante əyaləti), dəniz kənarında, təpənin göz oxşayan ətəyində yerləşən Mare Nostrum II yaşayış kooperativindəki, demək olar, bütün qonşuları bu durumdadır.

Rahib penthausu

Qriqori Alfeyev (dünyəvi adı İlariondur) kooperativin ən bahalı penthauslarından birinin sahibidir. O, son iki mərtəbədə yerləşir, öz açıq və qapalı terrasları, barbekyu meydançaları, hovuzu, iki yataq otağı və bir çox başqa özəllikləri var. Repetidor küçəsindəki 25 saylı evdə yerləşən apartamentin ümumi sahəsi inşaatın rəsmi bukletində 235 kv.m göstərilib, qiyməti isə (2011-ci ilin hesablamalarına görə) 950 000 avrodur. İyerarxın yaxın qonşusu, həm də özünün bəstəkarlıq istedadı ilə məşhur olan Tamara Qverdsitelidir. Evdə həmçinin televiziya aparıcısı Yuli Qusman, prodüser Timur Vaynşteyn, Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədov, ukraynalı biznezmen Yuri Aptekar və digər mötəbər adamların mənzilləri var.

bd.jpg
Mare Nostrum II yaşayış kompleksi:
dd.jpg
Koopretaivin planı. Mitropolit İlarionun apartamenti qırmızı rənglə qeyd edilib

Mitropolitin mənzili necə alması o qədər də şəffaf deyil. Bir tərəfdən, o istənilən rahib kimi tamahsızlıq vədi verib və əslində gündəlik məişətdə ən zərurisi istisna olmaqla, şəxsi mülkü ola bilməz. Digər tərəfdən, İlarion bir neçə kilsə vəzifəsinə görə kifayət qədər az maaş alır və bu qədər qazanc xaricdə elit daşınmaz əmlaka çətin ki çatsın. Amma məsələnin üçüncü tərəfi də var. İyerarx öz intellektual əməyi və yaradıcılığı sayəsində – çoxsaylı kitablar, filmlər və musiqi əsərləri – müxtəlif qonorar və mükafatlar alır.

Yeri gəlmişkən, mitropolitin dünyəvi adı daha bir daşınmaz əmlak siyahısında çəkilir – bu dəfə Rusiya. İlarion Moskva ətrafında, Mıtişi şəhər dairəsində “Novoaleksandrovo” şəxsi evlər təşkilatının üç təsisçisindən biridir.

Mitropolit Alteyaya tez-tez gəlmir. Daha doğrusu, onun bircə dəfə, Aralıq dənizində bahalı yaxtada üzərkən bu şəhərə gəlməsi və az müddət qalması dəqiq məlumdur. Əvəzində penthausda iyerarxın anası Valeriya Anatolyevnanı – sovet ədəbiyyatçısını görüblər. Mitropolitə uşaq vaxtı bu qadının soyadını veriblər (İlarionun atasının soaydı Daşevskidir). Valeriya Anatolyevna qonşuları ilə gec-gec rastlaşıb ­– penthausun küçəyə ayrıca çıxışı var.

Evin yanında 33 yaşlı iyerorahib İoanna (Kopeykin) bənzəyən adamı da görüblər. O, mitropolit İlarionun hamiliyi altında başgicəlləndirici sürətli karyera edib. 2007-ci ildə Penzen ştatdan kənar ruhani məktəbini bitirən İoann artıq üç ildən sonra İsveçrədə Frisburq universitetində təhsil alıb, daha iki il sonra Ümimi Kilsələr aspiranturası və doktoranturasına başçılıq edib. Həmin təsisatın rektoru İlariondur. “İdrak Mərkəzi” qeyri-kommersiya muxtar təşkilatı ilə bağlıdır. Həmin təşkilat Rusiya Pravoslav kilsəsinin ruhani məktəbləri üçün rəsmi kitablar dərc edir. Təşklatın arxasında yeganə təsisçisi mitropolit İlarionun olduğu “İdrak” xeyriyyə fondu durur. Beləcə, həmin kitabların müəlliflik hüququ Rusiya Pravoslav kilsəsindən şəxsən İlariona keçib. Hərçənd bu başqa söhbətin mövzusudur…

Dam

Fırıldağın qurbanı olan mitropolitin qonşuları əmindirlər ki, İspaniya sahillərindəki mənzili Daxili Kilsələr Əlaqələr Şöbəsinin sədrinə… bağışlayıblar. Bunun bilavasitə təsdiqini kommunal ödəmələrin borcluları barədə məlumatlarda tapmaq olar.

Onun kommunal porcu 20 min avroya çatıb. “Mənzilə milyonlar xərclədiyin halda bir neçə minə “qənaət etməyin”, bununla da xoşagəlməzliyə və adının aləmə yayımasına səbəb olmanın nə mənası var ki? – İlarionun qonşusu Yelena Mişenko təəccüblənir. – Yeganə məntiqi versiya budur: adam hesab edir ki, hədiyyə aldığı mənzilə görə heç nə ödəməməlidir”.

Bu cür dəbdəbəli hədiyyənin nə anlamı var və onu kim edib?

xr.jpg
Alteya şəhərində Müqəddəs Arxangel Mixail kilsəsi

Mare Nostrum II yaşayış kompleksinin yanında rus taxta kilsəsi yerləşir. Bu kilsə şəxsi olsa da, qanunla Rusiya Pravoslav kilsəsinə aiddir. O, İspaniyada ayrıca dayanan ilk rus məbədidir. İnşaat 2004-cü ldə başa çatıb, 2007-ci ildə isə kilsəyə şəxsən mitropolit Kirill xeyir-dua verib. Gələcək patriarx onu Rusiya mənşəli ispan biznesmeni Mixail Boskonun, – bu şəxs kompleks və kilsənin inşaatçısıdır, – səmavi hamisi arxistratiq İlahi Mixailin adını verib.

Mixail Bosko dilçilik nöqteyi-nəzərdən qeyri-korrekt olsa da, soyadının ispan dilində kommersiya uğurlu transkripsiyasını –Bosco soyadını seçib. O, “Bosco” şirkətinə xarakterik naxışlardan istifadə etməklə öz şəxsi reklam məhsullarını dərc etdikdən sonra ispanlar 90-cı illərdə Rostovdan İspaniyaya köçmüş sahibkarı dünya brendinin qanuni nümayəndəsi kimi qəbul etməyə başlayıblar. Biznesmen aparıcı “Alikante” qəzetinə açıqlayıb ki, məhz Mixail Bosko (Bosco) “İspaniya və Rusiya olimpiya yığmaları üçün formalar tikir”.

Bosko daşınmaz əmlakla iş üçün “VeraBosco” şirkətini qeydiyyatdan keçirir. Bu şirkət onun iki il əvvəl Rostovda fırıldaq üstündə mühakimə edilmiş anasının şərəfinə adlandırılıb. 2000-lərin sonunda şirkət Moskvada xarici daşınmaz əmlak yarmarkalarında yaxından iştirak edib və Yakimankada ofisi olub, lakin hazırda heç saytı da açılmır. Vera Boskonun adına bizi maraqlandıran evdə bir neçə mənzil var, qadın 2016-cl ildə İspaniyaya getməyə cəhd edərkən Domodedovo hava limanında saxlanılıb. “Kristall Loqist” MMC-nin rəhbəri olan Vera Bosko Cənub federal universitetinə mebal çatdırmaq üçün federal büdcədən 13 milyon rubl alıb, lakin aşağı keyfiyyətli mal çatdırmaqla sifarişçini aldatmağa cəhd edib. Rostovun Leninski Məhkəməsi 2017-ci ildə onu fırıldaqla ittiham edib, lakin ahıl yaşına görə (76 yaş) sərbəst buraxıb. Bununla belə məhkəmədə aydınlaşıb ki, nənə daha 19 firmaya başçılıq edir və bu şirkətlər həmçinin pul yuyulmasında iştirak edə bilər.

Bir sözlə, Mixail Bosko-Bosconun yaxşı ailə məktəbi olub.

dee.jpg
Mixail Bosko (mərkəzdə)

Yelena Mişenkonun danışdığına görə, “o, evimizdəki mənzillərin əsas hissəsini inşaat mərhələsində götürdüyü, amma eləcə də ödəmədiyi ipoteka şəklində satıb. O, alıcının ispan dilini bilməməsindən və pravoslav kilsəsi tikmiş həmyerlisinə etibarından yararlanaraq, sövdələşməni, adətən, etibarnamə ilə qeydə alırdı”. “Evdə mitropolit İlarionun yaşaması”nın etibar dərəcəsini artırdığını söyləməyinə dəyərmi? Saf alıcılar uzun illərboyu ipotekadan xəbərsiz qalıblar. Bu detal onların mənzillərə sahiblik şəhadətnamələrində qeydə alınmayıb.

“VeraBosco”-nun qurbanları arasında Yuli Qusman, Timur Vaynşteyn və Yuri Aptekar da var. Qusman və Aptekar artıq Boskoya qarşı məhkəmə prosesin başlayıblar. Prosesin gedişatı zamanı məlum olub ki, inşaatçının adı İspaniyada 79 cinayət işində hallanır. Onun fırıldaqçı karyerasının zirvəsi 2014-cü ildə verdiyi rəsmi ərizə… “Valensiya” klubunu almaq niyyəti olub. Nə qədər qəribə səslənsə də, müsabiqənin ispan təşkilatçıları başlanğıcda Maxail Boskonun “olimpiya yığmalarını geyindirdiyinə”, bank sahibi olduğuna və pravoslav kilsələr tikdiyinə inanıblar. O, müsabiqəyə ərizəni hansısa “Qızıl ulduz” MMC-nin blankında verib. Blankın üzərində neft buruğunun şəkli və Petrol investment sözləri var. Sbis-in Rusiya

bazasının

məlumatına görə, bu MMC 10 000 rubl nizamnamə kapitalına malikdir və “qeyri-ərzaq istehlak məhsullarının topdan ticarəti ilə”məşğuldur. Bununla belə, cənab Bosco ispan tərəfinə Əmanət bankından saxta ərizə təqdim edib. Bu ərizəyə görə, “Qızıl ulduz”un hesabındakı məbləğ 12 milyard rubldan çox olub. “Valensiya”nın satışı ilə bağlı müsabiqədən az əvvəl “Eposa” ispan qəzeti yalançı don Bosconun

ifşa edə

bilib.

sp.jpg
Əmanət bankından saxta ərizə

“Rusiya mənşəli vətəndaş qadın, – qəzet yazıb, – Mixail Bosko, oğlu Maksim Bosko və “VeraBosco” daşınmaz əmlak agentliyindən şikayətçi olub. Şikayətçi 270 000 avro tələb edir – Bosko onu şəxsi əmlak alış-verişində bu məbləğdə aldadıb. Hakim cinayət əlamətlərini tanıyıb və Bosko ailəsinin üzvlərinə qarşı ittiham irəli sürməyi qərara alıb. Belə ki, evin ipoteka krediti var və bu kredit mənzil satılarkən ləğv edilməli idi”.

2009-2011-ci illərdə rusiyalılara mənzil satışı bumundan sonra ispan daşınmaz əmlak bazarı xeyli kasıblayıb: son bir neçə il ərzində orda mənzillər orta hesabla iki dəfə aşağı düşüb, belə ki bu mənzilləri satmaq çox çətindir. Boskonun ipoteka götürdüyü ispan bankı onun borclarını “Doyçe Bank”a satıb. İlkin məlumatlara görə, bu bank heç bir günahı olmayan alıcılarla məhkəmədə görüşməyə və borcu bağlamaq üçün mənzilləri həbs etməyə hazırlaşır. Yeri gəlmişkən, həmçinin “sxem”in qurbanı olan mitropolit İlarionun 8 il ərzində ipoteka borcu 440 min avroya çatıb. Amma, deyilənə görə, Mixail Bosko bu səs-küylü qalmaqalın qarşısını almaq üçün iyerarxın borcunu ödəmək üçün yollar axtarır. Əvəzində Novruz Məmmədov mənzilinin əlindən getməməsi üçün onun müqabilində ikinci dəfə pul ödəməyə hazırdır…

Yenə “qan üzərində məbəd”?

Müasir Rusiyada Pravoslav kilsəsinin sıradan ibadət edənləri ilə korrupsiya kriminal dünyası arasında sərhəd çəkmək çətindir. Kəndlərdə qədim məbədlər gözümüzün önündə xaraba qaldığı halda zəngin şəhərlərdə qaz-neft hasilatı regionlarında sonsuz sayda qızıl qübbələr inşa edilir. “Bir addımlıqda olan məbədlər” tikintisi kölgə pulların yuyulması üçün ən etibarlı vasitədir. Alteya şəhərində Müqəddəs Mixail kilsəsinin inşası da istisna deyil.

Mixail Bosko yaratdığı fond vasitəsilə məbəd binalarına sahibdir və kilsənin nümayəndəsidir, arvadısa xəzinədardır. 12 il əvvəl kilsəyə xeyir-dua verən, o zaman mitropolit olan Kirill Boskonu müqəddəs Sergi Radonejski ordeni ilə təltif edib. Lakin Bosko məbədi öz hesabına tikməyib – inşaat üçün pulu, daha doğrusu, borcu ona həmkarı və həmyerlisi Nikolay Qorelov verib. Həmin şəxs bu addımı atmaqla 77 yaşında çox çətin vəziyyətə düşüb. Qorelov başlanğıcda İspaniya məhkəməsi vasitəsi ilə Boskonun bütün mənzillərini həbs edə bilib. Lakin 2011-ci ildə hazırda İlarionun sahib olduğu mənzili həbsdən çıxarmağa razı düşüb. Daha sonra Boskonun vəkilləri digər mənzillərin də həbsdən çıxarılmasına nail olublar. Bosko Qorelova olan borcunu pulla ödəyəcəyini vəd edib. Müqaviləyə görə, borcun ödənilməsi müddəyi 2012-ci il dekabrın 19-da başa çatıb. 2014-cü il martın 17-də Rostov vilayət məhkəməsinin vətəndaş məsələləri üzrə məhkəmə kollegiyası Boskonun borcu qaytarmadığını təsdiqləyib və onun öhdəsinə Qorelova 13,5 milyon rubldan çox məbləğ ödəməyi qoyub. Məhkəmə qərarı eləcə də yerinə yetirilmədiyindən Bosko M.V.-nin RF-dən çıxışına məhdudiyyətlər qoyulub. Lakin partnyorlarının təsdqilədiyinə görə, o, ikinci pasportu ilə sərhədi rahat keçə bilir. Oğlunu və arvadını, mal-mülkünü itirən Nikolay Qorelovsa ağır xəstələnib və köməyə ehtiyacı var. İspaniyanın Alteya şəhərindəki dəbdəbəli rus kilsəninin humanitar qiyməti bax budur.

Sahibinin münaqişəli xarakteri işıqlandırılandan sonra məbədin baş keşişi beş dəfə dəyişib. Onlardan sonuncusu – Adam Kondratyuk ata – qonşu şəhərə, Benidorma qaçıb və orda müqəddəs Serafim Sarovskinin adına yeni kilsə tikməyə başlayıb. Düz bir il əvvəl Moskva ptriarxiyası İspaniya yeparxiyasını yaradıb ki, onun da rəhbəri yepiskop Nestor (Sirotenko) təyin edilib. Müqəddəs Mixail kilsəsi hüquqi olaraq eparxiyanın tərkibinə verilməyib, lakin Mixail Bosko Fondunun ixtiyarında qalır…

Sinodun qərarlarına cavab olaraq

Dekabrın 25-də Müqəddəs Sinodla Ali Kilsə Şurasının müştərək iclası çağrılıb. Bu, Rusiya Pravoslav kilsəsinin tarixində misli görünməmiş hadisəsdir.

Sinodun oktyabr iclasında onun müavini təyin olunub. Bu, arxiyepiskop Leoniddir (Qorbaçov). Sinodun qərarında Leonidin karyera perspektivlərinə gizli eyham vurulur.

Mitropolit İlarion artıq 11 ildir ki, Rusiya Pravoslav kilsəsinin “xarici işlər naziri”dir. “Ukraynanın itkisi”və iri məhəlli kilsələr – Konstantinopol və İsgəndəriyyə patriarxatları və Ellada arxiyepiskopiyası (Yunanıstan) ilə ayrılma nəticəsində Rusiya Pravoslav kilsəsinin “dünya pravoslaviyası”ndan tədricən təcrid olunması məhz onun rəhbərliyi zamanı baş verib. Yepiskopat arasında onun “Bəstəkar” ləqəbi var. Bununla keşişlər onun diplomatik sahədən çox mədəniyyətdə daha uğurlu olmasına istehaza ilə eyham vururlar. Əgər Kirillin patriarxlığı dövrünün ilk illərində məhz İlarion patriarxın az qala rəsmi xələfi sayılırdısa, son zamanlar onun aparat çəkisi xeyli aşağı düşüb və “lyubyanlı” mitropolit Tixon (Şevkunov) şəksiz lider olub. Bəlkə də Tixonun irəlidə güclənməsi qorxusu patriarxı İlarionu vəzifəsində saxlamağa məcbur edir. MiMitropöolitВладение египетским диалектом риархатом — вторым по важности в православном мире.

Sətiraltı

Rusiya Pravoslav kilsəsində yüksək arxiyeriya standartlarını, şübhəsiz ki, patriarx Kirill verir. “Moskovski novosti”nin məlumatlarına görə, hələ 1997-ci ildə onun rəhbərlik etdiyi Daxili Kilsələr Əlaqələr Şöbəsi Rusiyaya aksiz rüsumu olmayan 18 milyard siqaret gətirib. Daha sonra Kirillin avtomobil, neft, zərgər və balıq biznesində iştirakı haqda məqalələr dərc olundu. Beləliklə, onun Rusiya Pravoslav kilsəsində ən varlı adam, milyarder olduğu hallanıb. Belə ki, bu şəxsin var-dövləti 4-8 milyar dollar həcmində qiymətləndirilir. Bu məlumat, demək olar ki, yoxlanıla bilmir, çünki ptriarx əmanətlərini İsveçrə banklarında saxlamağa üstünlük verir. Həmin əmanətlərin yalnız bir qismi son illər Avstriya və İtaliyaya köçürülüb (yəqin ki Vatikanın zəmanəti ilə).

Bircə o dəqiq məlumdur ki, Kirill öz dünyəvi adı olan Vladimir Mixayloviç Qundyayev adı ilə Naberejnayada (Serafimoviç küeçəsi 2) Moskva evində penthausa malikdir. Bu fakt 2012-2013-cü illərdə üzə çıxıb. Məhz həmin dövrdə özünü patriarxın yaxın qohumu adlandıran Lidiya Leonova adlı birisi məhkəmə prosesinə başlayıb. Bu qadın qonşu mənzildən RF-nin keçmiş səhiyyə naziri Yuri Şevçenkonun çıxarılmasını tələb edib. Guya həmin şəxs kitabların üzərini gözəgörünməz “nanotoz” qatı ilə örtərək, patriarxın kitabxanasına ziyan vurub. Məhkəmə ziyanın kompensasiyası kimi mənzili Şevçenkonun əlindən alıb ki, nəticədə patriarxın bu evdəki mülkü bir az da böyüyüb.

Ana səhifəDünyaJurnalistlər Novruz Məmmədovun İspaniyada mülkünü aşkarlayıb