Nurlan Libre

Mənbə: Nurlan Librenin şəxsi arxivindən

Başlıq: Nurlan Libre

Jurnalistlər bölməyə aparıldı, cərimələndi

Məqalə yeniləndi:  14 May 2021

Nurlan Libre məhkəməyə müraciət edəcək

Bir neçə gənc jurnalist Bakıdakı 26-cı polis bölməsinə aparılıb. Bu barədə Meydan TV-yə jurnalist Əminə Məmmədova və Xanım Mustafayeva məlumat verib. Onların sözlərinə görə, polis jurnalist Elməddin Şamilzadəni maskadan düzgün istifadə etmədiyini əsas gətirərək saxlayıb. Jurnalistin polis bölməsinə aparılması tərəflər arasında mübahisəyə səbəb olub və polis baş verənləri çəkən Əminə Məmmədovanın telefonunu əlindən alıb. “Bu zaman jurnalist Nurlan Libre polisə dedi ki, sizin ixtiyarınız yoxdur jurnalistin telefonunu əlindən alasınız. Polis də Nurlana güc tətbiq edərək bölməyə apardı. Biz Nurlanın içəridən qışqırıq səslərini eşitdik. Onu döyürdülər. Biz bayırda dayanmış polisdən onu niyə döydüklərini soruşduq, o da “yaxşı edirik” cavabını verdi”, - deyə Əminə Məmmədova bildirib.

Gənclər baş verənləri “Facebook” səhifəsindən canlı yayımlayıblar. Bölmədən çıxan Elməddin Şamilzadə polisin Nurlan Libreyə hədə-qorxu gəldiyini deyib. Bir neçə dəqiqə sonra Nurlan Libre də bölmədən çıxıb və döyüldüyünü, xırda xuliqanlıq etdiyi üçün 50 manat cərimələndiyini bildirib.

Hadisə yerində olan hüquqşünas Xalid Bağırov bildirib ki, Nurlan Libreyə qarşı irəli sürülən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) yalnız məhkəmə vasitəsilə tətbiq oluna bilər.

Nurlan Libre ona qarşı tərtib olunmuş protokolla məhkəməyə müraciət edəcəyini söyləyib.

Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə deyib ki, polis jurnalistləri tanımayıb. Onlar polis bölməsinin qarşısında mübahisə etdiklərinə görə bölməyə dəvət ediliblər və sonra da sərbəst buraxılıblar: “Nurlan necə döyülüb ki, mənə bu barədə onun özü məlumat verib?”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hvvf9e

Ən çox baxılan