Jurnalistin Ata Abdullayevlə məhkəmə çəkişməsi

Jurnalistin Ata Abdullayevlə məhkəmə çəkişməsi

Bloger Ata Abdullayev jurnalist Təzəxan Mirələmlini məhkəməyə verib. Abdullayev jurnalistin 26 fevral tarixində Milli Şuranın Xocalını anma yürüşü zamanı ona xəsarət yetirdiyini idda edərək, onun həbsini tələb edib. T.Mirələmliyə qarşı CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb və bu gün Xətai Rayon Məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib. Hakim Fərid Yaqubov heç bir tərəfin vəsatətini təmin etməyib. Jurnalist Təzəxan Mirələmli bildirir ki, Ata Abdullayev onu məhkəməyə verməklə müxalifətə qarşı siyasi şou hazırlamaq niyyətindədir. Məhkəmə baxışı iyunun 4-nə təyin edilib.

Ana səhifəVideoJurnalistin Ata Abdullayevlə məhkəmə çəkişməsi