“Jirinovskini dəyişmək lazımdır, himni yox”

Mixalkov Jirinovskinin himni dəyişdirmək təklifinə cavab verib

Source: google


Mixalkov Jirinovskinin himni dəyişdirmək təklifinə cavab verib

Tanınmış rejissor Nikita Mixalkov Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin himnin ixtisar olunması ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

O, “РИА Новости“yə

açıqlamasında

“Jirinovskini dəyişmək lazımdır, himni yox”, – deyib.

Vladimir Jirinovski Dövlət Dumasının iclasında “Rusiyanın himni olduqca uzundur, qadınlar və uşaqların bunu ifa etməyi çox çətindir”- deyə bildirmişdi.

Rusiya himninin sözləri Sergey Mixalkova, musiqisi Aleksandr Aleksandrova aiddir.

Rusiya şairi, dramaturq, publisist və ictimai xadim Sergey Mixalkov rejissor Nikita Mixalkovun atasıdır.

Ana səhifəDünya“Jirinovskini dəyişmək lazımdır, himni yox”