Mənbə: “Jara” Beynəlxalq Musiqi Festivalının rəsmi səhifəsi

“Jara” Festivalı bu dəfə Rusiyada keçirilib

İştirakçılar tibbi maskadan istifadə etməyiblər

Rusiyada “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilib.

“Lenta.ru”nun məlumatına görə, yeni növ koronavirusun üçüncü dalğasının ən yüksək həddə olduğu vaxtda keçirilən “Crocus City Hall”da bütün yerlər dolub.

Əyləşənlər arasında sosial məsafə gözlənilməyib.

Tədbir iştirakçıları tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməyib.

Musiqi festivalı iyunun 27-dək davam edəcək.

“Jara” Beynəlxalq Musiqi Festivalı ilk dəfə 2016-cı ildə Azərbaycanda keçirilib.

Festivalın təşkilatçısı və təsisiçisi musiqiçi, iş adamı Emin Ağalarovdur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rowbe8

Ən çox baxılan