İvanişvili siyasətdən getdiyini açıqladı

“Bununla da 2011-ci ilə qədərki şəxsi həyat tərzimə qayıdacağam”.

Source: google.az


Sabiq Baş nazir: “Mənim missiyam başa çatıb"

“Mənim missiyam başa çatıb və ona görə siyasətdən getmək haqda qərar qəbul etdim”.

Bu açıqlamanı “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri Bidzina İvanişvili məktubunda

yazıb

.

Bidzina İvanişvili hazırkı siyasi komandanı bütün mənalarda ən yaxşı və alternativsiz adlandırıb: “Əminəm ki, insanlarla işləyən komandam səlahiyyətlərimi və bacarıqlarımı kifayət qədər əvəz edə biləcək”.

O bildirib ki, “Gürcü Arzusu”nun seçki uğurları obyektiv təhlil edilsə, şişirtmədən gözlənilən və məntiqli olduğunu söyləmək olar: “Buna görə də missiyam yerinə yetirilib. Siyasətdən tamamilə çəkilmək və özümü hakimiyyətin cilovundan tamamilə uzaqlaşdırmaq qərarı verdim. Mən partiyanın sədri kimi də postumu tərk edirəm, həm də partiyanı. Bununla da 2011-ci ilə qədərki şəxsi həyat tərzimə qayıdacağam”.

Bidzina İvanişvili 2012-ci ildə “Gürcü Arzusu” partiyasını təsis edib.

O, 2012-13-cü illərdə Gürcüstanın Baş naziri olub.

Gürcüstanın ən zəngin adamlarından olan B.İvanişvili 4,8 milyard dollar sərvətə malikdir.

Ana səhifəDünyaİvanişvili siyasətdən getdiyini açıqladı