İstanbuldakı suriyalılar deportasiya edilir

Suriyalılar müharibənin getdiyi İdlibə deport edildiklərini deyirlər

Source: Meydan Tv


Suriyalılar müharibənin getdiyi İdlibə deport edildiklərini deyirlər

Minlərlə suriyalı miqrant İstanbulu tərk etməlidir, əks təqdirdə Türkiyənin ən böyük şəhərindən qovulmaq məcburiyyətində qalacaqlar, – BBC xəbər verir.

Şəhər hakimiyyəti qeydiyyata alınmayan miqrantlara təzyiqləri azaltmaq üçün təklif olaraq qeydiyyatdan keçdikləri vilayətə qayıtmalarını məsləhət görüb.

Ancaq bəzi suriyalılar BBC-yə bildirib ki, onların çoxu Suriyanın daxilində döyüşlərin getdikcə intensivləşdiyi İdlibə deport edilir.

Çoxu oxuya bilmədikləri və başa düşmədikləri könüllü qayıtma sənədlərini imzalamağa məcbur edildiklərini deyib.

Köçürülmə əmri iyul ayının sonlarında çıxıb və miqranlara bu əmrə tabe olmaq üçün bir ay müddət verilib.

Təxminən yarım milyon suriyalı İstanbulda qeydiyyatdadır. Lakin hesablamalar bu rəqəmin iki qatının İstanbulda yaşadığını ehtimal edir. Onların çoxunun qeydiyyatda olduğu türk əyalətlərindən İstanbula gəldiyi bildirilir.

Keçən ay İstanbul valisi demişdi ki, şəhərdə yaşamaq hüququ olan suriyalılar daimi olaraq pasportlarını və şəxsiyyət vəsiqələrini hər zaman özləri ilə daşımalıdır, çünkü avtobus və qatar stansiyalarında davamlı yoxlamalar edilə bilər.

Türkiyə müharibə başlayandan bəri 3,6 milyon suriyalını qəbul edib və bununla dünyanın qaçqınlara ev sahibliyi edən ən böyük dövləti olaraq öz nüfuzundan qürur duyur. Ancaq suriyalılara səbr davamlı deyil.

Beynəlxalq humanitar qanunlara əsasən “geri qaytarma” prinsipi miqrantların döyüş bölgəsinə deport edilməsini qadağan edir. Türkiyə hökuməti deyir ki, Suriyaya qayıdan suriyalılar könüllü olaraq qayıdırlar və onlar bir qayda olaraq türk ordusu tərəfindən təhlükəsizliyi təmin edilən bölgələrə qayıdırlar.

Ancaq suriyalılar bunun əksini iddia edir və onların döyüşlərin getdiyi İdlibə sürgün edildiyini bildirirlər.

“Sərhədi keçib arxamda Türk bayrağını görəndə ona nifrət etdiyimi başa düşdüm, çünki bu, bir irqçi ölkədir,” – bir suriyalı deyib. O qeyd edib ki, Türkiyədən qovulduqdan sonra yenidən müharibə davam etdiyi üçün qeyri-qanuni yolla İstanbula gəlib. Digər bir suriyalı isə türklərin onları Suriyada “qanlarını içən həşərat kimi” gördüyünü deyib.

Ana səhifəDünyaİstanbuldakı suriyalılar deportasiya edilir