İstanbulda təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

“Komandamız hazırda sərnişinləri təxliyə edirlər”,- deyə əlavə edib.

Source: Foto: https://www.milliyet.com.tr/


Təyyarədə 177 sərnişin olub

Çərşənbə günü bir sərnişin təyyarəsi İstanbul hava limanında uçuş-enmə zolağından çıxıb, 52 nəfər xəsarət alıb, – “Anadolu” agentliyi xəbər verir.

“Pegasus” Hava Yollarına məxsus təyyarə Türkiyənin İzmir şəhərindən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına enərkən uçuş-enmə zolağından çıxaraq qəzaya səbəb olub, – Türkiyənin Nəqliyyat və infrastruktur naziri Cahit Turhan bildirib.

Turhan təyyarədə olan 177 nəfər arasında itki olmadığını, onların arasında iki uşaq və altı ekipaj üzvü olduğunu deyib.

“Komandamız hazırda sərnişinləri təxliyə edirlər”,- deyə əlavə edib.

Hadisənin ardından “Pegasus” Hava Yolları açıqlama verib və qəzanı təsdiqləyib:

“Hal-hazırda həyat itkisi yoxdur, yaralı sərnişinlərimiz xəstəxanalara göndərilir. Hadisələrin gedişatı haqqında məlumat verməyə davam edəcəyik”.

Televiziya görüntülərində təyyarənin kokpitinin və ön qisminin gövdəsindən ayrıldığı, bir qisminin isə qəzanın ardından alovlandığı görünür. “BBC Türkçə” bəzi sərnişinlərin öz çabalarıyla təyyarədən çıxdığını xəbər verir. Bölgəyə bir neçə yanğınsöndürən və tibb işçisi göndərilib. İstanbul Valisi Ali Yerlikaya 52 yaralının ətrafdakı xəstəxanalara qaldırıldığını açıqlayıb.

Paytaxt Ankara prokurorları hadisə ilə əlaqədar istintaq başladıb. Hava limanı hava hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.

“Anadolu” agentliyi həmçinin xəbər verir ki, Sabiha Gökçəndə uçağın zolaqdan çıxmasıyla yaranmış qəzanın ardından hadisə yerinə göndərilən polislərin havalimanı yaxınlarında qəza keçirdiyi bildirilir. Yaralanan beş özəl hərəkət polisi xəstəxanaya qaldırılıb.

Ana səhifəDünyaİstanbulda təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var