İsraildə çalışan həkimdən COVİD 19-la mübarizə protokolu

İsraildə çalışan anestezioloq reanimatoloq Tural Ələkbərli COVİD 19-la mübarizə ilə bağlı protokol hazırlayıb.

Source: Meydan TV

İsraildə çalışan anestezioloq reanimatoloq Tural Alekberli COVİD 19-la mübarizə ilə bağlı protokol hazırlayıb.

Doktor Tural Alekberli hazırda İsrailin ən böyük universitet xəstəxanasında – Hadassah Medical Center, The Hebrew University of Jerusalem-də işləyir. O, xəstəxanadakı digər işlərlə və elmi araşdırmalarla yanaşı COVID19 reanimasiyasında da aktiv çalışır.

Azərbaycanda COVID 19-un müalicəsi üçün qəbul olunmuş protokol olmadığı üçün, o, ön cəbhədə savaşan həkimlərə kömək məqsədilə dünyanın bir çox mərkəzində (ABŞ, Kanada, İsrail, Avropa mərkəzləri, Türkiyə) istifadə olunan protokollardan və eyni zamanda ÜST və CDC göstərişlərindən faydalanaraq, bir xəstə dəyərləndirməsi və müalicə protokolu hazırlayıb.

Mütəxəssis Meydan TV vasitəsilə həmin protokolu COVİD 19-la mübarizə aparan insanlara və həkimlərə çatdırmaq istəyir.

Ana səhifəSosialİsraildə çalışan həkimdən COVİD 19-la mübarizə protokolu