İsrail Azərbaycanın çirkli pullarının yuyulması üçün 155 milyon dollar ödəyib

Araşdırmada qeyd edilir, köçürülmələrin edildiyi şirkətlər “Jetfield Networks” və “Larkstone”dir və onların istiqaməti İsrail şirkətinin digər əməkdaşlarının istiqaməti ilə üst-üstə düşmür.

Source: Specify Source


Qarşılıqlı əlaqələrin tərkib hissəsi olaraq İsrail Azərbaycandan neft alır, silah və kənd təsərrüfatı avadanlığı satır

İsrailin ən böyük aerokosmik və aviasiya istehsalçısı olan “İsrail Aerospace Industries” (İAİ) adları Azərbaycan hökuməti üçün genişmiqyaslı çirkli pulların yuyulmasında çəkilən iki şirkətə ən az 155 milyon dollar pul köçürüb.



Haaretz

” xəbər verir ki, minlərlə bank sənədlərinin sızması nəticəsində ortaya çıxan və dövlətə məxsus İAİ tərəfindən edilən ödənişlərin səbəbi bəlli deyil.

“Pul köçürmələri İAİ tarixində ən böyük razılaşma olan Azərbaycanla 1,6 milyard dollarlıq silah müqaviləsi imzaladıqdan qısa müddət sonra başlayıb”, – araşdırmada qeyd edilib. Lakin razılaşmanın təfərrüatları ilə tanış olan bir mənbə danışılan məbləğin heç bir vasitəçiyə ödəniş olaraq daxil olmadığını bildirib.

“İsrail Aerospace Industries qanuna ciddi şəkildə əməl edən hökumət şirkətidir. Bir müdafiə şirkəti olaraq və şirkət siyasətinə uyğun olaraq, qanunla tələb olunan hallar xaricində iş fəaliyyəti ilə bağlı sualları cavablandırmır,”- İAİ bildirib.

Ödənişlər “Deutsche Bank” rəsmiləri tərəfindən tərtib edilmiş və FinCEN olaraq tanınan Maliyyə Cinayətlərinə Dair İşlər Şəbəkəsinə təqdim olunan sənədlərdə əksini tapıb. Hesabatlar əvvəlcə “BuzzFeed News”-a sızdırılıb və daha sonra məlumatları 108 media orqanı və dünyadakı 400 jurnalistlə bölüşən ICIJ-ə ötürülüb.

“Haaretz” bildirir ki, məlumatların FinCEN-ə təqdim edilməsi heç də sənəddə göstərilən şəxs və ya şirkətin qanunsuz bir iş gördüyü anlamına gəlmir. “Əməliyyatlar tamamilə qanuni iş fəaliyyətlərinin bir hissəsi də ola bilər”, – Haaretz əlavə edib.

655717571.jpg
“İsrail Aerospace Industries”

Araşdırmada qeyd edilir, köçürülmələrin edildiyi şirkətlər “Jetfield Networks” və “Larkstone”dir və onların istiqaməti İsrail şirkətinin digər əməkdaşlarının istiqaməti ilə üst-üstə düşmür.

2009-cu ildə Yeni Zelandiyada əsası qoyulmuş “Jetfield” əməliyyatlarını üç il sonra Marşal Adalarına (Marshall İslands) köçürüb. Şirkətin gəliri 1961-ci il təvəllüdlü azərbaycanlı Cavid Hüseynov adında birinə məxsusdur.

“Jetfield”in Marşal Adalarına köçürülməsi rəsmi olaraq 2012-ci il fevralın əvvəlində İAİ ilə Azərbaycan hökuməti arasında imzalanan nəhəng müqavilə ilə eyni vaxtda baş verib. “Bu müqavilə ilə İsrail və Azərbaycan arasındakı əlaqələr çoxşaxəli forma alıb və əlaqələrin böyük qismi ictimaiyyətdən gizli tutulub”, – Haaretz vurğulayır.

Qarşılıqlı əlaqələrin tərkib hissəsi olaraq İsrail Azərbaycandan neft alır, Azərbaycan isə İsraildən silah və kənd təsərrüfatı avadanlığı tədarük edir. Xarici mediada yer alan xəbərlərə görə, İsrail hökuməti İranla uzun sərhədi olduğu üçün Azərbaycana böyük strateji əhəmiyyət verir və bu ölkədə baş verən insan hüquqları pozuntularını görməzdən gəlir.

1992-ci ilin fevralında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycana silah satışına qoyulmuş embarqo İsraili də Azərbaycanla ticarət etməkdən çəkindirməyib.

İAİ ilə Azərbaycan arasında razılaşma barədə danışıqlar müqavilədən iki il əvvəl başlayıb. Müxtəlif İAİ mənbələri ilə aparılan danışıqlarda bu haqda çox az şirkət məmurunun xəbərdar olduğu ortaya çıxıb. Çatdırmalar müqavilənin imzalanmasından təxminən iki il sonra başlayıb və ən azı beş il davam edib. İsrail və beynəlxalq mediada yer alan xəbərlərə görə, müqaviləyə pilotsuz təyyarələrin və raketdən müdafiə sistemlərinin satışı daxildir. Azərbaycanlılar üçün bu, ölkənin ümumi müdafiə büdcəsinin yarısından çoxunu – 3.2 milyard dollar təşkil edib.

İAİ üçün də bu razılaşma, demək olar ki, əvəzsiz olub. Bu hesabat üçün danışan mənbələrdən biri bu müqaviləni 2007- ci ildə şiə respublikası ilə başlayan “bal ayı” kimi təsnif edib.

2017-ci ildə sızan və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən aparılan “The Azerbaijani Laundromat” adlı araşdırmaya əsasən, bank sənədlərində qeyd edilən 2,5 milyard avro Azərbaycan rejimi ilə çox yaxın əlaqələri olan şirkətlər vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş dörd şirkətə yönəldilir və bu pulların sonradan yuyulduğu iddia edilir. OCCRP araşdırmasına görə, “Jetfield” pulun bir hissəsinin (109 milyon dollar) yönəldildiyi şirkətlərdən biri olub. “Larkstone” da sistemin bir parçasıdır, “Haaretz” qeyd edib.

Ana səhifəSiyasətİsrail Azərbaycanın çirkli pullarının yuyulması üçün 155 milyon dollar ödəyib