İspaniyada koronavirusa yoluxma sayı Çini keçib

Hökumət biznes şirkətlərinə işi dayandırımaq üçün əlavə 24 saat vaxt verib

Source: Foto: sosial şəbəkə


Hökumət biznes şirkətlərinə işi dayandırımaq üçün əlavə 24 saat vaxt verib

İspaniya bazar ertəsi ümumi koronavirus hallarına görə Çini üstələyib, – “Reuters” xəbər verir. İş adamları və regional rəsmilər hökumətin insanların hərəkətini daha da məhdudlaşdırmaq və işçiləri aprelin ortalarına qədər evdə saxlamaq qərarını tənqid edib.

Bir gecədə ölənlərin sayı 812 nəfər olub və İspaniyada ümumi ölüm hadisələrini 7340-a çatdırıb. Ölkədə infeksiyaların sayı bazar ertəsi günü 8 faiz artıb və yoluxanların sayını 85195 nəfər edib. Xəstəliyin mənbəyi olan Çində bu rəqəm 81470-dir.

Epidemiya ilə bağlı gündəlik brifinqlər aparan təcili yardımın rəhbəri Fernando Simonun koronavirusa tutulduğu bildirilir. Maria Xose (Jose) Sierra Simonu əvəz edib və deyib ki, gündəlik yoluxmalar məhdulaşdırıcı tədbirlərin tətbiq edilməsiylə azalıb. Belə ki, martın 25-də yoluxmalar 12 faiz olub. Bu rəqəm 15-25 mart tarixlərində 20 faiz idi.

İspaniyada hökumət xidmət sahələrinin artan tələbdən yararlandıqlarına dair xəbərlərdən sonra cənazə qiymətlərinə sabit məbləğ tətbiq edib.

İspaniyanın NATO-nun fəlakət koordinasiya mərkəzindən tələb etdiyi tibbi ləvazimatların ilk bölümü bazar günü axşam təyyarə ilə Çexiyadan gəlib.

Hökumət şənbə günü bütün zəruri olmayan işçilərin iki həftə evdə qalmaları lazım olduğunu elan etdikdən sonra İspaniya iş assosiasiyasının prezidenti Antonio Garamendi məhdudlaşdırıcı tədbirlərin tam bir sosial böhrana səbəb ola biləcəyini deyib və hansı sektorların önəmli olub- olmadığının aydınlaşdırılmasında yaranan gecikmələri tənqid edib.

“Ölkəni dayandırsanız, beş ay ərzində böyük sosial problemimiz olacaq”,- o deyib.

Hökumət biznes şirkətlərinə işi dayandırımaq üçün əlavə 24 saat vaxt verib və çərşənbə axşamından etibarən bütün qeyri-vacib iş yerləri bağlanacaq.

Ana səhifəDünyaİspaniyada koronavirusa yoluxma sayı Çini keçib