İsfar Sarabski “Qarabağ atları” sayəsində ən məşhur səsyazma studiyası ilə müqavilə imzalayıb

O, dünyanın ən məşhur səsyazma studiyası olan “Warner Music Group”la iş müqaviləsi imzaladığını bildirib

Source: Specify Source


Müqaviləyə əsasən, sənətçinin iki albomu bu ticarət nişanı ilə işıq üzü görəcək

Əməkdar artist, pianoçu İsfar Sarabski keçirdiyi mətbuat konfransında “

Qarabağ atları

” adlı kompazisiyasını təqdim edib.

Musiqiyə elektro-muğam tərzində yeni stil gətirmiş sənətçi tədbirdə yaradıcılıq yeniliklərindən də danışıb.

O, dünyanın ən məşhur səsyazma studiyası olan “Warner Music Group”la iş müqaviləsi imzaladığını bildirib.

Müqaviləyə əsasən, sənətçinin iki albomu bu ticarət nişanı ilə işıq üzü görəcək.

“Düşünürəm ki, sənətçi üçün bəlli bir səsyazma studiyası ilə işləmək vacibdir. “Warner Music Group” səsyazma studiyası ilə əməkdaşlığa nail olmaq üçün olduqca uzun bir yol qət etmişəm. Səsyazma studiyasının əməkdaşı “Qarabağ atları”nı festivallardan birində eşidib, bəyənmişdi”, -deyə pianoçu bildirib.

Caz janrında olacaq albom gələn ilin iyununda buraxılacaq.

Gələn ilin fevralından etibarən İsfar Sarabskinin müxtəlif festivallarda iştirak gözlənilir. İfaçı həmçinin Avropanın bir çox şəhərində konsert proqramı ilə çıxış edəcək.

2020-ci il iyun 11 və 12-də Hamburq şəhərində musiqiçinin caz janrında albomu təqdim ediləcək.

İkinci albom isə elektron-musiqi janrındadır, ilk sinqllar 2020-nin avqust-sentyabr aylarında çıxacaq. İkinci albom 2020-nin sonunda təqdim ediləcək.

“Warner Music Group” səsyazma studiyasının siyahısında Areta Franklin, Edit Piaf, “The Doors”, Bred Mehldau, Neil Yanq, Michael Buble, Phil Collins, Avishai Cohen, David Guetta, JAZ-Z, Muse, “Deep Purple”, “Bee Gees”, Devid Boui, Alis Kuper, Erik Klepton, “Blur”, “Liam Gallagher”, “Daft Punk”, “Gorillaz”, “Green Day”, Bruno Mars və yüzlərlə digər tanınmış adlar var.

image_from_ios (2).jpg
O, dünyanın ən məşhur səsyazma studiyası olan “Warner Music Group”la iş müqaviləsi imzaladığını bildirib
Ana səhifəMədəniyyətİsfar Sarabski “Qarabağ atları” sayəsində ən məşhur səsyazma studiyası ilə müqavilə imzalayıb