İrlandiya: Britaniya ilə sərhəd planlaması ümidsiz başlanğıcdır

“Rəsmi olmayan hər bir başlanğıc ümidsizdir”

Source: Meydan Tv


“Rəsmi olmayan hər bir başlanğıc ümidsizdir”

İrlandiyanın xarici işlər naziri bazar ertəsi günü deyib ki, Brexit müqaviləsinin razılaşdırılacağı təqdirdə Avropa Birliyi sərhəd planlamasıyla bağlı İngiltərə hökumətindən ciddi təklif almalıdır. O, İrlandiya sərhəddiylə bağlı hökumətin qərarını “ümidsiz başlanğıc” adlandırıb, – Reuters xəbər verir.

İrlandiya milli teleyayım şirkəti RTE xəbər verib ki, İngiltərə texniki olaraq Brexitdən sonra İrlandiya sərhəddinin hər iki tərəfində “gömrük rəsmiləşdirmə mərkəzləri” yaratmağı təklif edib. Bununla İngiltərə sərhəddə yoxlanışı aradan qaldırmağa cəhd edib. Dublin isə uzun müddətdir bu təklifi rədd edir.

“Rəsmi olmayan hər bir başlanğıc ümidsizdir. Oktyabr ayında Brexit razılaşması əldə ediləcəksə, Avropa Birliyi Böyük Britaniya hökumətindən ciddi təklif qəbul etməlidir. Şimali İrlandiya və İrlandiya Respublikası daha yaxşısına layiqdirlər!” deyə xarici işlər naziri Simon Koveney (Coveney) RTE-dən sonra “Twitter” hesabında bildirib.

Ana səhifəDünyaİrlandiya: Britaniya ilə sərhəd planlaması ümidsiz başlanğıcdır