İranlı idmançı sosial mediadakı paylaşımına görə həbs edilib

İranda tətbiq olunan İslam qanunlarına görə qadınlar saçlarını və bədənlərini ictimaiyyət qarşısında örtməlidirlər.

Source: Specify Source


Videoda onun naməlum bir qadını öpdüyü görünür

İranlı idmançı və fotoqraf Alireza Capalaği həbs edilib, -qardaşı mayın 18-də RFE/RL-ə bildirib.

Capalağinin həbsindən əvvəl video çəkiliş edərək təhlükəsizlik qüvvələri tərəfindən aparıldığını qeyd etdiyi bildirilir. O qeyd edib ki, həbsi bir neçə gün öncə paylaşdığı video və şəkillərlə bağlıdır. İdmançının video və şəkillərində İranın paytaxtındakı binanın damında idman geyimində olan naməlum bir qadını öpdüyü görünür.

“Tehran şəfəqi” adlı şəkillər Capalağinin 100 mindən çox izləyicisi olan “İnstagram” səhifəsində yerləşdirilib və 18 may, günorta saatlarından etibarən ictimaiyyətə açıq olub.

İranda tətbiq olunan İslam qanunlarına görə qadınlar saçlarını və bədənlərini ictimaiyyət qarşısında örtməlidirlər.

Heç bir bağı olmayan kişi və qadın arasında ictimaiyyət arasında yaxınlaşma qadağandır. Evli cütlüklər arasında belə İslam Respublikasında sevgi nümayişləri nadir hallarda müşahidə edilir. Belə olan hallarda onlar əxlaq polisi tərəfindən xəbərdarlıq edilirlər.

İran hakimiyyəti Capalağinin həbsini təsdiqləməyib.

Son illərdə onlarla iranlı sosial mediadakı yazılarına, o cümlədən rəqs videolarına və şəkillərinə görə həbs edilib.

Ana səhifəDünyaİranlı idmançı sosial mediadakı paylaşımına görə həbs edilib