İranda nazir müavininin virusa yoluxduğu bildirilir

İran Çindən kənarda koronavirusdan ölənlərin ən çoxunun qeydə alındığı ölkədir.

Source: Foto: sosial şəbəkə


İrəç Hərirçi koronavirusla bağlı testdən müsbət çıxıb

İranın səhiyyə nazirinin müavini İrəç Hərirçinin də koronavirusa yoluxduğu deyilir.

Yarı-rəsmi İLNA xəbər agentliyinin verdiyi məlumata görə, nazir müavini koronavirusla bağlı testdən müsbət çıxıb.

Bu, İslam Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin çərşənbə axşamı günü ölkə daxilində 16 nəfərin ölümü ilə 95 nəfərin koronavirusa yoluxduğunu bildirməsindən bir qədər sonra baş verib, – CNBC yazır.

İran Çindən kənarda koronavirusdan ölənlərin ən çoxunun qeydə alındığı ölkədir.

Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrinə sürətlə yayılan koronavirusa qarşı hazırlıqlı olmaları mövzusunda xəbərdarlıq edib.

Son həftələrdə ölümcül virus artıq iyirmidən çox ölkəyə yayılıb və qlobal narahatlığı artırıb.

Çərşənbə axşamı etibarilə Çinin Milli Səhiyyə Komissiyası ölkə daxilində 2.663 ölüm hadisəsiylə birlikdə 76.658 yoluxma halının təsdiqləndiyini bildirib.

Ana səhifəDünyaİranda nazir müavininin virusa yoluxduğu bildirilir