Mənbə: Reuters

İrana səyahət edən Küveyt və Bəhreyn vətəndaşları arasında koronavirus qeydə alınıb

Məqalə yeniləndi:  24 Fevral 2020

İraq da Küveyt ilə sərhəd-keçid mənətəqəsini qapadıb

Küveyt və Bəhreyn bazarertəsi günü İrana səyahə edən vətəndaşlarının arasında koronavirusa yoluxma hadisəsi qeydə alındığını deyib, - “Reuters” xəbər verir.

İranda indiyədək 47 yoluxma hadisəsi qeydə alınıb, dövlət mediası xəbər verir. İndiyədək 12 nəfərin öldüyü bildirilir. “Radio Farda” isə sadəcə Qum şəhərində ölüm hallarının 50-yə yaxınlaşdığını deyir. Qum şəhəri artıq İranda koronavirusun episentri hesab edilir və millət vəkilləri şəhərin karantinə alınmalı olduğunu bildirirlər.

Küveyt şənbə günü şimal-şərqi İran şəhəri Məşhəddən evakuasiya edilmiş 700 insan arasında üç nəfərin koronavirusa yoluxduğunu deyib, - dövlət xəbər agentliyi KUNA xəbər verib.

Səhiyyə Nazirliyi onları 53 yaşlı küveytli, 61 yaşlı səudiyyəli kişi və milliyyəti bəlli olmayan 21 yaşlı bir şəxs olduğunu deyib.

Qonşu Bəhreynin Səhiyyə Nazirliyi deyib ki, İrandan gələn Bəhreyn vətəndaşına xəstəlik diaqnozu qoyulub və “xəstə ilə təmasda olan şəxslərlə bağlı lazımi tədbirlər görülüb”.

Bazar ertəsi günü İran, İtaliya və Cənubi Koreyada baş verən yeni yoluxma hadisəsindən sonra koronavirusun epidemiyaya çevrilməsi qorxusu artmaqdadır. Ötən ilin sonlarından başlamş virusdan Çində 2500-dən çox insanın ölüb. Virusa təxminən 77 min insan yoluxub.

“Qatar Airways” bazar ertəsi günü deyib ki, İran və Cənubi Koreyadan gələn sərnişinlər 14 gün ev təcridxanasında və ya karantin müəssisələrində qalacaqlar. Qətərdə hələ heç bir koronavirus halı qeydə alınmayıb.

Keçən həftə Küveyt Hava Yolları və İraq Hava Yolları İrana olan bütün uçuşları dayandırıb. Səudiyyə Ərəbistanı isə vətəndaşlarının İrana səyahətini nəzarətə alıb.

Səudiyyə Səhiyyə Nazirliyi deyib ki, Küveytdə müalicəsini davam etdirən Səudiyyə vətəndaşı ilə əlaqədar Küveyt hakimiyyəti ilə əlaqədə olduğunu bildirib.

İranla sərhəd keçidini qadağan edən İraq Küveyt ilə də Safvan (Safwan) sərhəd keçidini səyahətçilər və ticarət üçün bağlayıb.

Dünya Səhiyyə Təşkilatı koronavirusu epidemiya adlandırmasa da, deyib ki, hadisənin yayılma hallarının artmasına görə beynəlxaq fövqəladə vəziyyət qalır. Çində yeni yoluxma halları azalsa da, virusun İran, İtaliya və Cənubi Koreyaya yayılması narahatlıqları artırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 Fevral 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/okuu7n

Ən çox baxılan