Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

İran və Rusiyaya qarşı koalisiya

ABŞ Türkiyə və İsraili barışdırırmı?

“Al Jazeera” məlumat yayıb ki, Türkiyə İsrailə səfir təyin edib. Burada maraqlı olan bir neçə məqam var.

  1. Türkiyə mediasında buna dair heç bir xəbər yoxdur. Yeni səfir təyinatları siyahısında İsrailə təyinatla bağlı rəsmi məlumat da yoxdur.
  2. “Al Jazeera” Türkiyənin rəsmi dairələrindən məlumat almağa imkanı olan media orqanıdır.
  3. Türkiyənin istəmədiyi məlumatı yaymaqda maraqlı olmayan, hətta həssas olan media orqanıdır.
  4. Hətta səfir təyin edildiyi iddia edilən şəxsin adını da yazmaqla daha bir yeni fakt yaradıblar. Bu, Türkiyə XİN –də strateji araşdırmalara başçılıq edən Ufuk Ulutaşdır.

Yuxarıda sadaladıqlarımızdan əlavə onu da vurğulamaq yerinə düşər ki, bu məlumata Türkiyədən və İsraildən hər hansı təkzib və ya təsdiq gəlməyib. Bu mənada biz ümumi mənzərəni təhlil edərkən belə bir qənaətə gəlirik ki, yaxın zamanlarda Orta Şərqdə yeni müttəfiqliklərin proyeksiyasını görə biləcəyik. Hətta bu məlumat doğru olmasa belə onun düşünülmüş bir məqsədə xidmət etdiyini deyə bilərik.

Təkcə, İsrail və Türkiyəmi?

Bu məlumat onu deyir ki, bölgədə təkcə İsrail və Türkiyə deyil, Qətər də aktiv siyasi oyunçu olmaq fikindədir. Türkiyə və İsrail arasındakı istiləşməni bir ərəb ölkəsi şeyxinə yaxın olan medianın açıqlaması bunu deməyə əsas verir. Bu məlumatla ola bilsin ki, tərəflər bölgə ölkələrində nəbz yoxlamaları edirlər. Bundan daha dərinə gedən məqsəd isə kimlərisə yerində oturtmaq eyhamı ola bilər.

İran niyə əsəbiləşib?

Türkiyə və İsrailin münasibətlərində istilik yaradan amillərdən ən başlıcası Azərbaycan faktorudur. 44 günlük savaş zamanı əldə edilən uğur həm də bu dövlətlərin birgə siyasi dəstəyi ilə müşayiət olundu. Burada maraqlarının nəzərə alınmadığı ölkə kimi İran qabardı. Üstəlik Bakıdakı zəfər paradında Ərdoğanın dediyi el bayatısının hədəfi kimi özünü aparması Tehranın özünütəcrid yolu tutduğunu göstərdi. Detalları ictimaiyyətə bəlli olmayan, amma yenə də tərəflərin heç birinin təsdiq və ya təkzib etmədiyi İsrail-Türkiyə arasında imzalandığı iddia edilən məxfi xidmət protokolunun İranı özündən çıxardığı da deyilir. Bunun nə qədər doğru olduğu bəlli deyil. Amma düşündürücü olduğu dəqiqdir.

ABŞ harada?

Türkiyə ilə İsrail arssında müttəfiqlikdən danışarkən biz ABŞ faktorunu gözardı edə bilmərik. Niyə? Çünki bölgədə İsrail və Türkiyənin münasibətlərinin pis olması daha çox NATO blokunun zəifləməsi deməkdir. İsrail NATO üzvü olmasa da, ABŞ-ın ciddi müttəfiqidir. Onun Türkiyə ilə münasibətlərinin yaxşı olması bölgədə NATO-nun gücünü artırır. Bu münasibətlərin pisləşməsi isə qapalı sistemlərin tarazlığında öz xeyirlərinı dəyişmələrinə şərait yaradır. Bu mənada Türkiyə və İsrailin aktiv rol aldığı Aralıq dənizi hövzəsi ilə bağlı ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatı diqqət çəkir. O bildirib ki, Rusiya bu bölgədə sabitlik üçün təhlükəyə çevrilib. Biz bu bəyanatda həm Liviyada, həm də Suriyada Türkiyəyə dəstək ifadə olunduğunu deyə bilərik. Eyni zamanda bu bölgədə Rusiyanın dəstəklədiyi Suriya rejiminin İsrail üçün təhlükə olduğunu da ifadə edən bir bəyanatdır. Biz həm də onu deyə bilərik ki, Vaşinqton Rusiyanın artmaqda olan iştahının qarşısında bölgədəki bütün müttəfiqlərini hərəkətə gətirmək fikrindədir. Biz bu addımların Baydenin vəzifəsini rəsmən icra etməyə başlayandan sonra daha da qətiləşəcəyini deyə bilərik. Hələliksə, onu vurğulayaq ki, mühasirə siyasəti başladı. Qafqaza da gələcəkmi? Şübhəsiz. Bunu ABŞ-ın Avropa qoşunlarının komandanı özü bəyan etmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0npvqk

Ən çox baxılan