Boris Conson

Mənbə: meydan tv

Başlıq: Boris Conson

“İran Səudiyyədəki neft obyektlərinə hücumda məsuldur”

Britaniyanın Baş naziri: Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün müttəfiqləri ilə əməkdaşlıq edəcək

Birləşmiş Krallığın Baş naziri Boris Conson (Boris Johnson) deyib ki, İngiltərə İranın 14 sentyabrda Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda məsuliyyət daşıdığını təsdiqləyib.

Beynəlxalq agentliklər xəbər verir ki, krallıq öz müdafiəsi naminə ABŞ-ın rəhbərlik etdiyi hərbi əməliyyatlarda iştirak etməyi düşünür.

Conson Nyu Yorkda yerləşən BMT Baş Assambleyasına gedərkən təyyarədə jurnalistlərlə söhbətində qeyd edib ki, Britaniya Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün müttəfiqləri ilə əməkdaşlıq edəcək.

Mühafizəkar Baş nazir qeyd edib ki, İngiltərə raket hücumunda İranı məsul bilir.

ABŞ və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə artan gərginlikdə İranı günahlandırır.

Yəmən və Suriyada müharibə davam edərkən ABŞ strateji Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək üçün ciddi addımlar atmağa hazılaşır. Vaşinqtonun bu səyləri İranın ticarət gəmilərini ələ keçirməsindən sonraya təsadüf edir.

ABŞ prezidenti Donald Tramp 20 sentyabr tarixində ABŞ qüvvələrinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində gücləndirilməsinə təminat verib. Conson deyib ki, onun ölkəsi hansı yolla faydalı ola biləcəyini düşünəcək.

İran Səudiyyə Ərəbistanının bombalanmasında iştirakını rədd edib və ABŞ-ı hər hansı hücumun müharibəyə səbəb olacağı barədə xəbərdar edib.

Sentyabrın 22-də çıxışı zamanı İran prezidenti Həsən Rohani xarici qüvvələrə deyib ki, Körfəzdən uzaq dursunlar. Rohani vurğulayıb ki, onların bölgədə mövcudluğu Yaxın Şərqi “silah yarışı” meydanına çevirib.

Vaşinqton ötən həftə İrana qarşı yeni sanksiyalar tətbiq edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri sentyabrın 21-də deyib ki, islam respublikasının qüvvələri müharibə təlimləri keçir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qnv66k

Ən çox baxılan