“İran-Azərbaycan müttəfiqliyi inandırıcı deyil”

İran prezidenti Məsud Pezeşkian bildirib ki, gələcəkdə əlaqələri daha da gücləndirəcəklər. Politoloq Nəsimi Məmmədli hesab edir ki, İran Azərbaycan münasibətlərindəki böhran hələ tam aradan qalxmayıb. İranın xarici siyasətini idarə edən ölkə prezidenti yox, dini liderdir. Odur ki, Azərbaycanla münasibətlərin prioritet olacağı gözlənmir.

Cəmi 2 həftə əvvəl Donald Tramp bəyan etmişdi ki, əgər Tehran nüvə silahı proqramından imtina etməsə, İsrail İrana qarşı mümkün hərbi hücumun “lideri” olacaq. Bəs İran -Azərbaycan münasibətlərinin yaxşılaşması İsraili narahat edəcəkmi?

Ana səhifəVideo“İran-Azərbaycan müttəfiqliyi inandırıcı deyil”