Qida məhsulları

Mənbə: Trend.az

Başlıq: Qida məhsulları

İqtisadçı: Qida məhsulları xeyli bahalaşıb

“Bir çox məhsullar yanacağın qiymətindən öncə də bahalaşmışdı”

“Bir çox məhsulların qiyməti yanacaqdan əvvəl bahalaşmaya başlayıb. Məsələn, avtomobil ehtiyat hissələrinin qiymətində müəyyən artım var. Eləcə də qida məhsullarında”.

İqtisadçı Rövşən Ağayev belə deyir.

Onun sözlərinə görə, Dövlət Statistika Kimitəsinin xarici ticarət statistikası üzrə məlumatları da göstərir ki, 2020-ci ildə idxal mallarında, xüsusən, qida məhsullarında xeyli bahalaşma olub:

“Məsələn, 10 aylıq nəticələrə görə 40 adda qida məhsulu seçdim, həmin məhsul səbətində 4,5 faiz bahalanma görünür. Dövlət Statistika Komitəsinin son yaydığı illik rəqəmlərdən də bunu müşahidə etmək mümkündür”.

İqtisadçı deyir ki, 2020-ci ildə cari qiymətlərlə hesablandıqda idxal 22 faiz azaldığı halda, 2019-cu ilin qiymətlərilə 36 faiz azalıb:

“Aydındır ki, 1 il əvvəlin idxal qiymətləri daha ucuz olduğu üçün müqayisəli qiymətlərlə 2020-ci ilin idxalının dəyəri daha aşağı düşür. Amma, məsələn, 2019-cu ilin idxal qiymətləri daha baha olsaydı, əksinə olacaqdı”.

Rövşən Ağayev

Rövşən Ağayev

Mənbə: Meydan TV

Rövşən Ağayev deyir ki, bu məsələdə diqqəti çəkən 2 vacib məqam da var:

“Əvvəla, rəsmi statistika 2020-ci il üçün Azərbaycanda 2.6 faizlik inflyasiya göstərir. İstehlak bazarı idxaldan yüksək asılı ölkədə idxalın belə bahalaşmasının inflyasiyaya təsirsiz ötüşməsi xeyli maraqlı görünür. Təsirsiz o mənada ki 2019 və 2020-də təxminən eyni inflyasiya göstərilir. Digər tərəfdən, Azərbaycanın idxalının 60 faizini təmin edən Rusiya və Türkiyə milli valyutalarının manat qarşısında kəskin dəyər itirməsi 2020-ci ildə bu ölkələrin idxalını daha ucuz etməli idi”.

İqtisadçı deyir ki, bu məsələ inflyasiyanın alternativ hesablanmasının əhəmiyyətini bir daha göstərir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xm39sw

Ən çox baxılan