İqtisadçı: Kreditlərin az olmasının səbəbi girov şərtlərinin ağır olmasıdır

“Banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur”

Source:


"Hər 100 manatlıq kreditin cəmi 17 manatı regionların payına düşür"

Mərkəzi Bank bu il hansı regionun nə qədər kredit alması ilə bağlı rəqəmləri açıqlayıb.

Martın 1-nə bankların ayırdığı kreditlərin ümumi məbləği 14 milyard 246,1 milyon manat olub. Bunun 11 milyard 360,7 milyon manatı Bakı şəhərinin payına düşüb.

Kreditlərin həcminə görə siyahıda ikinci yerdə Sumqayıt, üçüncü yerdə isə Gəncə şəhərləri durur.

İlk onluqda Şirvan, Bərdə və Zaqatala da yer alıb.

Ən az kredit alan rayonlar isə Xızı və Sədərək olub.

Bakı 11 360.7, Sumqayıt 365,4, Gəncə 353.6, Naxçıvan 131.1, Lənkəran 108.6, Zaqatala, 101.8, Abşeron 98.5, Bərdə 88.8, Şəmkir 84.2, Şirvan 80.8, Mingəçevir 78.4, Xaçmaz 76.0, Salyan 68.0, Şəki 67.8, Cəlilabad 67.3, Quba 60.5, Yevlax 54.5, Ağcabədi 47.9, Sabirabad 47.4, Qazax 47.4, Tovuz 46.6, Masallı 45.1, Şabran 42.2, İmişli 41.3, Göyçay 38.6, Kürdəmir 34.9, Beyləqan 32.4, Ağdaş 31.7, İsmayıllı, 28.8, Şərur 24.8, Goranboy 23.8, Biləsuvar 23.7, Şamaxı 22.8, Ağdam 22.3, Xırdalan 21.7, Qəbələ 20.6, Saatlı 19.4, Astara 18.8, Siyəzən 18.6, Ağstafa 18.4, Füzuli 17.3, Tərtər 16.5, Hacıqabul 15.3, Neftçala 14.7, Qusar 17.9, Babək 16.8, Culfa 13.2, Ağsu 12.9, Qax 12.9, Göygöl 12.3, Yardımlı 11.6, Gədəbəy 11.1, Kəngərli 10.7, Samux 10.3, Lerik 10.3, Balakən 10.0, Ucar 9.4, Naftalan 9.3, Şahbuz 8.1, Oğuz 7.1, Daşkəsən 7.0, Zərdab 6.9, Ordubad 6.6, Qobustan 5.9, Xızı 3.9, Sədərək 2.7 milyon manat kredit alıb.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşüb. Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə aldqıda, o zaman kredit qoyluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur: “Deməli, rəsmi statistikaya görə, hər 100 manatlıq kreditin cəmi 17 manatı regionların payına düşür. Və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərində ayırırlar”.

İqtisadçı bildirir ki, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizminin şərtlərinin ağır olmasıdır: “Banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur. Bu baxımdan, girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərinin həcminin artırılması vacibdir”.

Vüqar Bayramova görə, inklüziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Kreditlərin az olmasının səbəbi girov şərtlərinin ağır olmasıdır