Nazim Bəydəmirli

Mənbə: Nazim Bəydəmirlinin şəxsi arxivindən

Başlıq: Nazim Bəydəmirli

İqtisadçı: İcra hakimiyyətləri ləğv edilməlidir

Məqalə yeniləndi:  7 İyul 2021

Nazim Bəydəmirli: "Bölügü şərtidir və təməli ədalətli deyil"

“Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir”.

Bu fikirlər dövlət başçısı İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanında öz əksini tapıb.

Fərmanda qeyd olunub ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Sənəddə Azərbaycanın iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib: Bakı iqtisadi rayonu (Bakı şəhəri); Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları)”.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, sənəddəki bölgü şərtidir. O hesab edir ki, bölgünün təməli ədalətli deyil: “Çünki Azərbaycanda idarəetmə və iqtisadi diverfikasiya regionlar yox, rayonlar üzrə bölüşdürülüb. Bu mənada fərmandan əvvəl idarəetmənin prinsiplərini dəyişdirmək lazımdır. İqtisadi regionlar üzrə də prezidentin səlahiyyətli nümayəndələri təyin edilməlidir və icra hakimiyyətləri, rayon maliyyə idarələri ləğv eidlməlidir. Yəni kağız üzərində hər hansı iqtisadi regionun adını və ya tərkibini dəyişmək doğru deyil. Bu, kağız üzərində olduğuna görə heç bir əhəmiyyəti yoxdur. Həm də Rusiya Prezidentinin danışığından belə sezilir ki, Qarabağın bir hissəsinin Azərbaycana inteqrasiya olunması müxtəlif şərtlərdən irəli gəlir, o cümlədən, Azərbaycan Arasiya İttifaqına və KTMT-yə üzvülyündən. Ona görə hökumət bu məsələləri aşıqlamalıdır və kağız üzərində hər hansı regionun dəyişdirilməsinin Qarabağın inkişafına və tam olaraq Azərbaycanın suverenliyi altına keçməsinə şərait yaratmır”.

Nazim Bəydəmirlinin qənaətincə, regionlaşama iqtisadi inteqrasiyanı özündə əks etdirməlidir: “Bölgənin bir regional intiqsadi tamamlanması olmalıdır, bir yerdə məhsul istehsal olunur və həmin yerdə də emal edilir. Bu mənada sənədin regionların iqtisadi inkişafı kontekstində heç bir əhəmiyyəti yoxdur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  7 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dt5ziq

Ən çox baxılan