İqtisadçı: 2020-ci ildə neftin qiyməti 40 dollara qədər ucuzlaşa bilər

İqtisadçı əlavə edir ki, neftin qiymətlərinin ucuzlaşmasına təsir göstərən başlıca amillərdən biri ABŞ-Çin ticarət müharibəsinə görə dünyanın aparıcı ölkələrində məcmu tələbin azalmasıdır

Mənbə: “makroblog.az”


Dünya birjalarında neftin qiyməti dəyişir

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Son məlumat

a görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 58,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,18 dollar olub. Ancaq bu da 2019-cu ilin büdcəsi üçün nəzərdə tutulan 60 dollarlıq qiymətdən aşağıdır.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, dünya enerji bazarında iyuldan bu yana xam neftin qiymətlərində həftəlik çərçivədə ən böyük eniş oktyabrın birinci həftəsi olub:

“Brend markalı neftin qiymətində 1,1 faizlik bahalaşma qeydə alınmasına baxmayaraq, həftə ərzində ucuzlaşma orta hesabla 5,7 faiz təşkil edib. Azərbaycan neftinin satış qiymətinə uyğun gələn “Brent” markalı neftin hər bareli London birjasında son dəfə 58,11 dollar olub. Bu qiymət 2019-cu ilin büdcəsi üçün nəzərdə tutulan 60 dollardan aşağıdır. Əgər dünya bazarında neft qiymətlərinin ucuzlaşması davamlı olarsa, o halda Azərbaycan Neft Fondunun büdcəsinə gözlənilən qədər vəsait daxil olmayacaq”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı əlavə edir ki, neftin qiymətlərinin ucuzlaşmasına təsir göstərən başlıca amillərdən biri ABŞ-Çin ticarət müharibəsinə görə dünyanın aparıcı ölkələrində məcmu tələbin azalmasıdır:

“Yeri gəlmişkən, Avropa Birliyinin “Aerobus” təyyarəsinin istehsalını subsidiyalaşdırlmasına cavab olaraq ABŞ oktyabrın 18-dən Atlantik okeanı üzərindən gələn 7,5 milyard dollarlıq məhsulun, o sıradan Fransız pendirinin və şərabının, Şotlandiya viskisi və sair məhsulların idxalına da tarifləri qaldırır. ABŞ-ın Çin və Avropa Birliyinin idxal məhsullarına qarşı irəli sürdüyü yeni tarif siyasəti daxili bazarda bahalaşan qiymətlərə görə tələbin azalmasını şərtləndirir və bu da neftin dünya bazar qiymətlərinə də təsirsiz ötüşmür”.

Qubad İbadoğlu əlavə edir ki, 2019-cu ildən xam neftə olan tələbatın artım sürətinin azalması, Səudiyyə Ərəbistanı və İran arasında gərginliyin səngiməsi 2020-ci ildə neftin dünya bazar qiymətinin 40 dollara qədər ucuzlaşmasını şərtləndirə bilər. Bu isə heç şübhəsiz ki, xarici şoklardan asılı vəziyyətdə proqnozlaşdırılan Azərbaycan büdcəsində böhranının yaranmasına gətirib çıxaracaq.

Ana səhifəİqtisadiyyatİqtisadçı: 2020-ci ildə neftin qiyməti 40 dollara qədər ucuzlaşa bilər