İnsan haqları ilə bağlı filmdə İlqar Məmmədovdan da bəhs edilir

Dövlət Departamenti ”#FreeToBeHome” haştag-ı altında kampaniyaya başlayıb

Source:


Dövlət Departamenti ”#FreeToBeHome” haştag-ı altında kampaniyaya başlayıb

“Siyasi məhbuslar cəza müddətini tək çəkmirlər. Siyasi məhbusların ailələri və yaxınları onların həbsinin yaratdığı çətinlikləri dərindən hiss edir və onlarla birlikdə cəzanı çəkirlər. Həyat yoldaşları, övladları, valideynləri, qardaş və bacıları, bütün cəmiyyət onlarla birgə cəza çəkir”.

10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günündə Dövlət Departamenti “#FreeToBeHome” haştag-ı altında siyasi motivlər əsasında öz fikirlərini azad şəkildə ifadə etdiklərinə görə həbs olunan insanlar və onların ailələri haqqında hekayələri özündə əks etdirən kampaniyaya başlayıb.

“Siz də bu cəsarətli insanların hekayələrini paylaşın. Çünki biz inanırıq ki, birlikdə onların öz evlərində azad yaşamalarını tələb edə bilərik”, – Dövlət Departamentinin nümayiş etdirdiyi filmdə deyilir.

Kampaniyanı əks etdirəm filmdəki süjetlərdən biri də Azərbaycanın REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun ailəsindən bəhs edir. (“Turan”İA)

Ana səhifəXəbərlərİnsan haqları ilə bağlı filmdə İlqar Məmmədovdan da bəhs edilir