İlqar Məmmədov: Ərazi polisi mənzilimə zəng edib

ReAL sədri məsələni araşdıracağını yazır

Source:


ReAL sədri məsələni araşdıracağını yazır

Ərazi polisi ReAL Partiyasının sədri İlqar Məmmədovu axtarır. Bu barədə İlqar Məmmədov “Facebook” səhifəsində məlumatı paylaşıb.

ReAL sədri ərazi polisinin onun mənzilinə zəng etdiyini və məsələni araşdıracağını söyləyib.

Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının lideri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Haqları Məhkəməsi iki dəfə bunun əsassız olması haqqında qərar qəbul edib.

Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Ana səhifəXəbərlərİlqar Məmmədov: Ərazi polisi mənzilimə zəng edib